zor : [fars.]

  • is. Güc. Muzdur anladı ki,çox pulun zoru da çox olurmuş. S.M.Qənizadə.[Mirzə Həsən:] Bundan sonra traktoradlanan maşının zoru ilə əkəcəksiniz. Ə.Haqverdiyev.[Harun:] Düşmənin zoru qabağındakönül xof eyləməz. Ü.Hacıbəyov. _ Zor etmək(eləmək) – güclə məcbur etmək, güctətbiq etmək. [Məhərrəm:] Odur ki, [Səriyyəyə]zor etməyə haqqınız və ixtiyarınız yoxdur.C.Cabbarlı. Zor gəlmək – üstün olmaq,qalib çıxmaq, məcbur etmək. Zor ilə –1) zorla. Mən səndən ayrılmazdım; Zor ilənayırdılar. (Bayatı). Naəhl olana mətləbi andırmaqolurmu?! Söz qanmıyana zor ilə qandırmaqolurmu?! M.Ə.Sabir. Mexaniki zor iləmaşınxanadan kənara çıxardılar. H.Nəzərli;2) var gücü ilə. Keçmiş kösöyü zor ilə yerəvuranda qığılcım saçılan kimi [dərvişin] gözləriməşəlləndi. A.Divanbəyoğlu. Zor işlətmək(göstərmək) – zor etmək, gücdən istifadəetmək, zorakılıq etmək. [Vahidov Telliyədedi:] Bəzən zor işlətmək lazımdır ki,sevdiyin adamı xoşbəxt edəsən. Ə.Məmmədxanlı.Zora çəkmək – çətinliyə salmaq, bərkəçəkmək, məcbur etməyə çalışmaq. Boşla, aymolla dayı, sən də bizi çəkmə zora; Biz səninhiylən ilə düşmərik əsla bu tora. M.Ə.Sabir.Zora salmaq – çətinliyə salmaq, gücə salmaq.Molla dartındı, ancaq qolunun məngənəyədüşdüyünü görüb zora salmadı.S.Rəhman. Zoruna dönüm! – tərif və təşviqifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirməkvə təhrik etmək üçün işlənir).Qüvvətlə sıx döşünə tüfəngin qundağını; Vur,zoruna dönüm, vur, baş qaldıran yağını!R.Rza. // Qolugüclülük, qolunun gücü. Zorvermək – 1) güc vermək. [Aslan bəy:] Xoşgəldin, get ancaq bundan sonra ağlına zorvermə… N.Vəzirov; 2) ağır təsir etmək. Ayrılıqzor verdi ana qəlbinə; Gəl! – deyib yanınaçağırdı yenə. S.Vurğun
  • sif. Çox güclü, qüvvətli, böyük. Açarıngücü qıfıldan zordur. (Ata. sözü). [Paşa Qəribə:]Mən bilirəm sən qəribsən, ancaq deyirlərki, çox zor aşiqsən. “Aşıq Qərib”. // Çoxbacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişizor adamdır. // zərf Çox, xeyli. [Rüstəm bəy:]Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zoryatdıq. Çəmənzəminli
  • sif. Çətin, çətin başa gələ bilən, zehnivə yaxud cismani güc tələb edən, çox ağır.Zor məsələ. – Müqim bəy .. sabahkı işin çoxzor iş olduğunu kəsdirdi, təkrarən öz nitqininəzərdən keçirməyə başladı. S.Rəhimov.// Zordur şəklində – çox çətindir. Uff, .. buqədər məşəqqətdən sonra ona yaxınlaşmaqyenə də zordur, – dedi. H.Nəzərli
  • is. Məcburiyyət. Mənim yetim uşağarəhmim gəlir, çünki o uşaq sahibsizdir və bubarədə dəxi mənə zor yoxdur. C.Məmmədquluzadə.[General:] Xoşluqla etməsə, nə gəlibzora? Biz ki, gəlməmişik xoşluqla bura.B.Vahabzadə. // Zərf mənasında. Məcburiyyətaltında, məcburən, istəmədən, öz xahişiolmadan. ..Tacir yarı zor, yarı xoş hambalıpadşahın yanına apardı. (Nağıl)
  • Zorla şəklində zərf – 1) güc işlədərək(işlədilərək), güc tətbiq edərək (edilərək),məcburiyyət altında. Qızı gətirdilər sarayazorla; Hər şeyi sarayda anladı Leyla.B.Vahabzadə; // istəməyə-istəməyə, özünüməcbur edərək. [Əlləzoğlu] sifətini eybəcərbir şəklə saldı, qədəhin az qala yarısını zorlapüstə ağzına təpdi. İ.Hüseynov; 2) çox çətinliklə,güclə. Özünü zorla çəkib aparanqoyunların yelini südlə dolu idi. M.İbrahimov.Ancaq tüfəng çox uzun və ağır olduğundanonun əli tətiyə zorla çatırdı. M.Rzaquluzadə;3) güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənadabəzən “zor-bəla ilə” şəklində işlənir).İşin öhdəsindən zorla gəldi. Zorla özünü saxlayabildi. Onu zor-bəla ilə razı sala bildilər.
  • Bir Cevap Yazın