zoğ : is. Ağacda və başqa bitkilərdə yenicəcücərən göy qabıqlı incə budaqların hər biri;pöhrə. Söyüdün zoğları. // Ağacın və başqabitkinin yer altındakı rişələrindən çıxan cücərti.Kişi Xanpərini pambıq kolunun yanınaaparıb içəridən qalxan bir zoğu göstərərəkdedi… Ə.Vəliyev. _ Zoğ atmaq (vermək,etmək) – yeni yaşıl qollar əmələ gəlmək.Alma ağacı yaxşı zoğ atıbdır. – Yazın buayında xoş keçər illər; Zoğ edib rişədən başverər güllər. Aşıq Ələsgər. Ağaclar yeni zoğatır, yamaclarda yaşıl otlar göyərir. M.İbrahimov.

Bir Cevap Yazın