ziyarət : is. [ər.] köhn. Hörmət əlamətiolaraq birini görməyə, biri ilə görüşməyəgəlmə; görüşə gəlmə; vizit. MünəccimbaşıMirzə Sədrəddin qibleyi-aləmin ziyarətinəmüşərrəf olmaq istəyir bir vacib işdən ötrü.M.F.Axundzadə. İki ay bundan qabaq naçalnikdənizn alıb getmişdim kəndimizə anamınziyarətinə. C.Məmmədquluzadə. Müsyö Qameləvvəlinci ziyarətdə bu işlərin hamısınabələd oldu. Qantəmir. _ Ziyarət etmək –görüşmək üçün yanına getmək, görüşünəgetmək, görüşmək. Ziyarətinə getmək – görüşünəgetmək. Vəliəhd Gəncəyə gəldiyininikinci günü Qızıl Arslanın verdiyi məktubuda götürüb böyük şair Nizaminin ziyarətinəgetdi. M.S.Ordubadi. Bir axşam nə olur olsundeyə, Nemət cənab Baxı ziyarət etməyə qərarverdi. Çəmənzəminli. Müsyö Qamel İsfahandakimi ziyarət etməlidir, kimlə əlaqə vədostluq saxlamalıdır? Qantəmir. [Yaqut]gəlir-gedir, anasını ziyarət edir. Ə.Məmmədxanlı;// din. Hörmət və xatırlama əlamətiolaraq müqəddəs sayılan yerləri, qəbirlərivə s.-ni gedib görmə. Rəsul ustasından iznalıb atasının qəbrini ziyarət etmək üçün qəbiristanlığayollandı. “Aşıq Qərib”. Göynüyünətrafını Molla Cümə; Hər günü dördyolla ziyarət eylər. Molla Cümə. _ Ziyarətəgetmək din. – müqəddəs sayılan yerlərivə qəbirləri görməyə getmək. İmama çoxlazımdı ki, Ağa Sadıq kimi axmaqlar onunziyarətinə getdi, ya yox. C.Məmmədquluzadə.Anlayanlar ziyarətə getmədi; Gedənlərdə mətləbinə yetmədi. Aşıq Mirzə. Ziyarətinəgetmək – ziyarət etmək. ..Qonşu qadınlarPirçinar ziyarətinə getməyə qərar vermişdilər.S.Hüseyn. [Məşədi Mürsəl:] Sən bu cansızdaşları de ki, onlar da ağanın ziyarətinəyuvarlana-yuvarlana gedirlərdi. T.Ş.Simurq.◊ Həm ziyarət, həm ticarət – fürsətdən,təsadüfdən istifadə edərək, bir yerə gəlmişkən,ikinci xoş bir işi də görmək. Həm ziyarət,həm ticarət, – deyə Əhməd fındıq dükanınıləğv edib və ələ gətirdiyi paraları arxalığınınastarına tikib yola düşdü. B.Talıblı.

Bir Cevap Yazın