ziyadə : zərf [ər.]

  • Çox, artıq, çoxlu.Dağdan endim piyada; Dərdim vardır ziyada;Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda.(Bayatı). [Müsyö Jordan:] Bir il çəkər gedibgəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə.İmtahan ilə bilinib ki, meşə olan yerə ziyadəyağış yağır. Ol səbəbə bu yer artıq nəm olur.“Əkinçi”. // Zərf mənasında. Son dərəcə, olduqca.Bu həqiqət Minanı ziyadə şad elədi.İ.Musabəyov. // Qoşma mənasında. Təsəvvüreyləmə kim, məst edibdi badə məni; Gözündüməst qılan badədən ziyadə məni. S.Ə.Şirvani.Hamı dərddən ziyadə; Bu dərd mana karelədi… Aşıq Ələsgər. // Sif. mənasında. Ziyadəsöz lazım deyil. – Ziyadə qəmzədəyəmhicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdənziyadə xürrəm idim. Füzuli. _ Ziyadəetmək – artırmaq, çoxalmaq, daha da artırmaq,bollaşdırmaq. Fərhadə, Məcnunə mənitay etdin; Elədin dərdimi ziyadə, fələk! AşıqZabit. Ziyadə olmaq – artmaq, çoxalmaq,daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı,könlüm bir ada; Dərdim oldu günü-gündənziyada. “Əsli və Kərəm”. [Koroğlu Qıratadedi:] Günbəgündən dərdim oldu ziyadə;Alma gözlüm, qız birçəklim, Qırat, gəl!“Koroğlu”. Ziyadəsi ilə – artıqlaması ilə,artıq olaraq, olduqca çox. Oğlanın anası,bacısı olduğunu bilib qızın anası bunlaraziyadəsi ilə hörmət elər… R.Əfəndiyev
  • Ziyadədir şəklində – artıqdır, çoxdur.Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə10-20 milyon ildən də ziyadədir. H.Zərdabi.Hacı Əsgərin təvanası nəinki yetmiş iki min,bəlkə iki yüz yetmiş iki mindən ziyadədir.S.M.Qənizadə
  • Bir Cevap Yazın