zinhar : nida [fars.] klas. Məbada, amandır,ay aman, saqın, ehtiyatlı ol (adətən birşeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm,yaman olur ar; Namusumuzu itirmə,zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimizbizim; Zinhar, qoymayın onu, zinhar,yatmasın. S.Ə.Şirvani. Zinhar, vəfa etmə tələbər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir.Məni bənzətməyin Məcnuna, zinhar;Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimibaşında quşlar? B.Vahabzadə. _Zinharetmək (eləmək) – b a x zinhara gətirmək.Zinhar olmaq – b a x zinhara gəlmək.Zinhara gəlmək – usanmaq, bezikmək, yorulmaq,cana gəlmək, təngə gəlmək. Lay-laydedim yatınca; Gözlərəm Ay batınca; Canımzinhara gəldi; Sən hasilə çatınca. (Bayatı).Day camaat [Qara xanın] əlindən zinharagəlmişdi. “Koroğlu”. Vallah, bu gədənin əlindənlap zinhara gəlmişəm. M.Süleymanov.Zinhara gətirmək – bezikdirmək, usandırmaq,yormaq, cana gətirmək, təngə gətirmək.[Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinharagətirdin? Sənə demədimmi çox zarıldayıb,zırıldama. B.Talıblı. Bu uzun gecəMədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.

Bir Cevap Yazın