zindan₁ : is. [fars.]

  • Keçmiş zamanlarda:qaranlıq və müdhiş dustaqxana (adətən yerinaltında olardı). Zindana atmaq. Zindana salmaq.– ..Sultanın hökmü ilə zindanlarda çürüyənmin-min məşrutəxahların ahü naləsiKəlküttəyə çata bilməyib, çünki Kəlküttə çoxuzaqdır. C.Məmmədquluzadə. Bu binanın[ədliyyə sarayının] ..zirzəmisində məhbuslarüçün zindanlar vardır. M.İbrahimov. Zindanasaldılar Leylanı o gün. B.Vahabzadə. // Ümumiyyətlə,həbsxana, həbs, dustaqxana. Qəbirkimi qaranlıqdır zindanım; Qurd-quş, siçanoynağıdır dörd yanım. A.Səhhət. [Sona:]O vaxt zindan naçalniki dustağı bizə təslimedər. H.Nəzərli. [Ramazan:] Söylə görüm bucür yaşamaq ilə zindanda yaşamağın fərqinədir? B.Talıblı. // Məc. mənada. [Zəhra:]Ayrı düşdükcə Şeyx Sənandan; Mana guyacahan olur zindan. H.Cavid
  • məc. Çox qaranlıq, çox darısqal, cansıxıcıyer haqqında. Bura lap zindandır ki…Zindan kimi bir otaq.◊ Dünyanı zindana döndərmək – əzabvermək, gününü qara eləmək. Dünyanı bizdənötəri; Döndərdi zindana, pişik! AşıqƏləsgər.
  • Bir Cevap Yazın