zinət : is. [ər.] Bəzək, süs, yaraşıq. Rəhiminevində səhər tezdən qonaqlıq tədarükügörülürdü. Bahar, Rəhimə və Rahim süfrəninzinəti ilə məşğul idilər. S.S.Axundov. Hünərdirəmrə ilk zinət, onun hüsnündə məna var.S.Vurğun. Çoxdur hədiyyələr insan adına;Qiymətli zinətlər, qiymətli daşlar. B.Vahabzadə._ Zinət vermək (vurmaq) – zinətləndirmək,bəzəmək, süsləmək. Qarı nənə ..göyün üzünə yeddi qələmlə yeddi zinət vururdu.“Koroğlu”. Nə zinət veribdir eyvan,otağa; Ətri qoxur Bağdad baharı kimi. AşıqƏləsgər. Xoş avazın verir zinət; Bu leylünəhara, bülbül! Molla Cümə. Özünə zinətvermək – 1) bəzəmək, qiymətli daş-qaş taxmaqvə qəşəng geyinmək. Məlik Cümşüd ..özünə zinət verib getdi Nuşapəri xanımın yanına.(Nağıl); 2) üzünə ənlik-kirşan vurmaq,üz-gözünü boyamaq.

Bir Cevap Yazın