zillət : is. [ər.] Çətinlik, ağır şərait, pisvəziyyət, ağır maddi ehtiyac, yoxsulluq, məşəqqət,üsrət. [Mehribanın atası:] [Mehribanın]zillətdə qalmasına heç bir halda razıolmaram. S.Hüseyn. [İkinci oğlu:] Nə zillətdir,nə möhnətdir; Buna bais, bəli, sənsən!Ü.Hacıbəyov. Bilməyəcəksiniz nə dərd, nə zillət;Aşıb-daşacaqdır sizinçin dövlət. S.Vurğun.// Həqirlik, xarlıq, alçalma. [Məsmə:]Düşdüyüm mühit məni zillət və səfalət içindəsürünməyə məhkum etmişdi. S.Hüseyn. _Zillətçəkmək – əziyyət içində yaşamaq, ağırvəziyyətdə olmaq, ehtiyac içində yaşamaq.Fərhadü Məcnundən sən eylə ibrət; Müddətbari-qəmdə çəkdilər zillət. Aşıq İskəndər bəy.[Bəbir bəy:] Zillət çəkməsən, sabah qucağınaalıb öpəndə heç ləzzət də verməz. Mir Cəlal.Zillətə salmaq – 1) ağır vəziyyətə salmaq,ehtiyac içində yaşatmaq. Hicran dərdi mənisalıb zillətə; Səni görsəm dərdim azalı, Güllü.Aşıq Ələsgər; 2) həqir etmək, xar etmək,alçaltmaq.

Bir Cevap Yazın