zehin : is. [ər.]

  • İnsanda düşünmə, anlamavə yaddaş qabiliyyəti; dərrakə, istedad. Buuşağın yaxşı zehni var. Onun heç zehni yoxdur.– [Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizəvə fərasətinizə! M.F.Axundzadə.// Hafizə, yaddaş, xatir. Zehnində qalmamaq.İyirmi il əvvəl oxuduqlarım indi də zehnimdədir.– Qocanın dediyi sözlər Şiraslanın zehnindənəqşləndi. S.Rəhimov. Ağabala təkraruşağın zehnini yoxlamaq istədi. Mir Cəlal
  • Fikir, xəyal. Zehnini məşğul edən sözləribabasına deyə bildiyi üçün sevindi, yüngüllükduydu. Mir Cəlal. Nədənsə o zamanmənim zehnimi bir şey məşğul etmişdi: “O kişisizin nəyinizdir və yaxud siz onun nəyi olabilərsiniz?” S.Hüseyn. _ Zehni açılmaq –fikirləşmək, düşünmək qabiliyyəti bərpa olmaq,yaxşılaşmaq, başında yüngüllük hissetmək. ..Üzümü yudum, bir qədər zehnimaçıldı. C.Məmmədquluzadə. Zehni qaralmaq– fikrini bir yerə toplaya bilməmək;düşünmək, fikirləşmək qabiliyyətini itirmək.
  • Bir Cevap Yazın