zay : [ər. “zaye”dən] Heç, puç; tələf olmuş,korlanmış, puç olmuş, hədər olmuş. Öküzüntaydı, işin zaydı. (Ata. sözü). _Zay eləmək(etmək) – puç etmək, korlayıb heç eləmək.Göndər gəlsin Ələsgərin xələtin; Etmə əməyinizay, sarıköynək. Aşıq Ələsgər. Nə üçündaşı zay eyləyirsiniz, heyif deyilmi? Mir Cəlal.Zay məhsul – keyfiyyəti pis olan məhsul;brak, çıxdaş. Zay olmaq – tələf olmaq, puçolmaq, korlanmaq, heç olmaq, hədər olmaq.Ömür üzdüm, gün çürütdüm, zay oldum; Cismimdüşüb yandı axır oda, hey! Aşıq Kərəm.Dost elədin hər nadanı, hər yadı; Çəkdiyiməməklər oldu zay, pəri. R.Rza. Zaya getmək(çıxmaq, dönmək) – hədər yerə məhv olmaq,puç olmaq, hədər getmək. Buradan birmaya getdi; Sallandı, çaya getdi; Yolundacəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).Yar salmır üstümə saya; Cavan ömrüm gedirzaya. Aşıq Ələsgər. Tökdüyünüz qanlar getməsinzaya; Çıxın bu qarışıq imtahanlardan.S.Vurğun. Zaya vermək – b a x zay eləmək(etmək). Yandırdı qəlbimi camalın şövqü;Ağlımı veribdir zaya qaşların. “Aşıq Qərib”.Əsmər burdan getsə boş qalar bağlar; Sənvermə ömrümü zaya, xoş gəldin. “Abbas vəGülgəz”. Yazıq aşıq vermə ömrünü zaya;Dərd bilən can bu yerlərdə tapılmaz. AşıqƏləsgər.

Bir Cevap Yazın