zavallı : sif.

  • Dolu, istilik və s. nəticəsindəzədələnmiş (ağac, bitki, meyvə və s.haqqında). Zavallı alça. Zavallı yarpaqlar
  • Acınacaq halda olan, yazıq, biçarə, başıbəlalı,bədbəxt. Zavallı adam. Zavallı uşaq.– [Maral:] Məktəbi bitirmək üzrə ikən zavallıbabam tərki-həyat etdi. H.Cavid. Mən ürəyimdəheyifsiləndim ki, zavallı qızı məktəbdənməhrum edəcəklər. T.Ş.Simurq. O, insanınarıq, zəif üzünə, ağarmış saçlarına baxır vəbu zavallı arvadın nə qədər böyük əzablarlayaşayıb bu yaşa dolduğunu düşünürdü.S.Rəhman. // İs. mənasında. Zavallı bu kənddəözü [Telli] kimi qərib və adamsız idi. S.Hüseyn.Zavallının iztirabı artmışdı və üz-gözüqıpqırmızı olmuşdu. B.Talıblı. [Durna:] İncə,sənin bu sözlərin Aydəmirçin çox ağır. Zavallınıməhv edər. C.Cabbarlı. Bilmirlər zavallınınqədrini, qiymətini; Duymurlar qəlbindəkiböyük məhəbbətini. S.Rüstəm.zavallı-zavallı zərf Yazıq-yazıq, məzlumməzlum.[Kərəm:] Xan Əslim bağça içində;Gəzər zavallı-zavallı. “Əsli və Kərəm”.
  • Bir Cevap Yazın