zaval : is. [ər.]

  • Ziyan, zərər, təbii fəlakət,afət. Bu körpəcə meynəni qoru hər birzavaldan; Qoy torpaqda kök salıb bərkitsinöz yerini. S.Rüstəm. // Bəla, müsibət, xətər,qorxu. Kahinlər axışından kəşf etmiş istiqbalı;Çox zaman qışqırığın bildirmiş o zavallı.Ə.Cavad. Hünərdir keçirən bizi hər oddan;Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə
  • Yox olma (etmə), tələf olma (etmə),fənaya uğrama (uğratma), məhv olma (etmə);məhv. Fani cəhanə baxma, keçər, ömrü sevməkim; Ömrün zəvalı var və cahanın bəqası yox.Nəsimi. Sizdə olan aldadıcılıq və dostlarayalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır.M.S.Ordubadi
  • məc. Zülm, əziyyət, işgəncə mənasında.Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımıgünəş camalın. Aşıq Ələsgər.◊ Zaval görməmək – 1) sağ-salamat qalmaq,heç bir bəlaya düçar olmamaq; 2) zərərgörməmək, cəzasız qalmaq. [Pişik] heç birzaval görməyəcəyini hiss etdi, iti caynaqlarınıqabırğaya ilişdirdi. İ.Hüseynov. Zaval olmaz– b a x zaval yoxdur. İynə saçdım divara;Elçi göndərdim yara; Elçiyə zaval olmaz;Özüm elçiyəm yara. (Bayatı). Zavaltapmaq – xəsarətə uğramaq, ziyan görmək,məhv olmaq, tələf olmaq. Mal-qaranı zavaltapdı. Zaval vurmaq – 1) ziyan vurmaq,xəsarətə uğratmaq, zay etmək, məhv etmək.Bostanı zaval vurdu; 2) ölüm gətirmək, fənayauğratmaq. Bağımda var gavalı; Başımolub havalı; Əzrail ova çıxdı; Mənə vurduzavalı. (Bayatı). Zaval yetirmək – 1) b a xzaval vurmaq. Yağış bağlara çox zaval yetirdi;2) bədbəxtlik gətirmək, fəlakət gətirmək,məhv etmək. Bir gün olmaz kim, onagərdun yetirməz bir zaval. Füzuli. Bir zavalyetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaqolmuşam. Aşıq Rəcəb. Bu dərd, billəm,məni axır öldürər; Günbəgün yetirər zavalə,gözəl! Aşıq Mehdi. Zaval yoxdur – qorxuyoxdur, xətər yoxdur. [Əhməd tacirbaşıdedi:] Bizə heç bir zaval yoxdur. “Koroğlu”.[Sozalı:] Axı, arvad üstündə dalaşmayankişiyə zaval yoxdur. İ.Hüseynov. [Hümmət:]Əgər bu tufandan qurtarsam, daha mənə zavalyoxdur. B.Bayramov. Zavala düşmək –bədbəxtliyə uğramaq, bədbəxt olmaq. Gəlmədiaftabımız, keçdi nəhar nisfdən; Gör ki,mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm.S.Ə.Şirvani. Zavala getmək – b a x zavalagəlmək. Mən bilirəm, gedəcəkdir zavalə;Zənəxdan dövründə, üzar yanında. Q.Zakir.Şamamələr dağda dəyər; Qızılgüllər boynunəyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavalagözlərin! Aşıq Məhəmməd. Zavala gəlmək– 1) bədbəxtliyə uğramaq, fəlakətəuğramaq, müsibətə düçar olmaq. Hər günümbir ildir sənsiz, a bala! Gəlməyəsən, görümsəni, zavala. R.Rza. [Əlibaba:] Qılıncı qınsaxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsənəsla zavala! Z.Xəlil; 2) məhv olmaq, yox olmaq,zail olmaq. Kasıb dedi: – Maldar, uymaçox mala; Dolanır zamana, gəlir zavala. AşıqƏhməd. Elə zərbə vurarıq ki, yağı gələr zavala;Bir zərbə ki qoca tarix görməmişdiryaşından. S.Rüstəm. Zavala vermək – fəlakətə,məhvə uğratmaq; bədbəxt etmək. Əbəsyerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərəhəvalə. Q.Zakir. O mahrudən iraq verdi qəmzavalə məni. X.Natəvan. Zavala yetirmək –bax zavala vermək. Zavala yetmək – b a xzavala düşmək. Mənim baxtım yetməz heçvaxt zavala; Ağıl, kamal, tale, izzət məndəvar. Aşıq Əhməd.
  • Bir Cevap Yazın