zat : is. [ər.]

  • Əsil, mənşə, kök, nəsil,nəsəb. Xəbər alın o namərdin zatını; Aparıbdımərd igidin atını. “Koroğlu”. [Heydərbəy:] Zatında şübhə olanlar öz nəsəbləri üçünşəhadətnamə qayırırlar. M.F.Axundzadə.Oğlumuzun, şükr kim, zatı müsəlman imiş!Bəxtəvər olsun başım, bəxtimiz oğlan imiş!M.Ə.Sabir. _ Zatına bələd olmaq – b a xzatını tanımaq. Bələdəm zatına sənin, novkər;Dəyməz heç bir pula bu cür sözlər.C.Məmmədquluzadə. Zatına lənət – söyüşifadəsi. Harda bihəya var, zatına lənət.Q.Zakir. Musa kişi Mübaşir Məmmədin yoğunsəsini tanıdı: – Zatına lənət, – deyib tüpürdü…M.İbrahimov. Zatını tanımaq –əslini, nəslini, iç üzünü, bütün varlığını tanımaq(adətən mənfi, istehzalı məna ilə).[Allahverdi:] Zurnaçı Muğanı? Onun zatınıtanıyıram. C.Cabbarlı. Həddi-zatında –əslində, təbiətində, xilqətində
  • köhn. Şəxs, adam, şəxsiyyət, sima. O çoxəxlaqlı bir zatdır. Böyük zat. – Bax, nə qədərsevimli, nəzakətli bir zat! M.S.Ordubadi. Buzatların sayəsində də birinci ilin tədris haqqımaarif cəmiyyətləri tərəfindən verildi. T.Ş.Simurq.// Hörmətli, mötəbər şəxs. [Südabəninanası:] …Allaha çox şükür eləyirəm ki, mənimbircə balamın qabağına sənin kimi zatı, südütəmiz bir adam çıxarıb. M.İbrahimov
  • Özü, öz nəfəsi, öz varlığı. Bitməzmi cəfa,axıra yetməzmi kəşakəş? Axırda yaxar zatınıyağdıqların atəş. M.S.Ordubadi
  • köhn. Varlıq, əsil, təbiət, mahiyyət.O küləkdir, özü vardır, zatı yox. Xəstə Qasım.
  • Bir Cevap Yazın