zarafat :

  • is. [ər.] Gülmək, əylənməkvə dilxoşluq üçün deyilən söz və ya edilənhərəkət; hənək. Kobud zarafat. – Məhbubxanım gördü Koroğlu keçdi zarafata. “Koroğlu”.Bəndalı əvvəllər başa düşmür, MəşədiHüseynin sözlərini zarafat, ya bir xoş sözsöhbətsayırdı. Mir Cəlal. Kələntərli həmişədara düşəndə olduğu kimi, indi də zarafataəl atdı. İ.Hüseynov. _ Zarafat bir yana –danışarkən tamamilə ciddi tona keçmək istənildikdədeyilən ifadədir. Zarafat deyil –ciddi məsələdir, əhəmiyyətli məsələdir…Camaatı ələ dolamaq zarafat deyil. Ü.Hacıbəyov.[Sədr:] Eyvaz kişini qınamaq olmaz.Zarafat deyil, bir il tamam olmamış kişininsinəsinə qoşa dağ çəkildi. Ə.Vəliyev. Zarafatetmək (eləmək) – əylənmək, oynamaq,dilxoşluq etmək. Olmaya sən məni biiqrarsandın; Zarafat eylədim, ona inandın.M.P.Vaqif. Cumayəm, istərəm zarafat edəm;Nə fayda, yanından getməz xocası. MollaCümə. Kəndlilərlə Mirzə həmişə şirin dilləzarafat eləyərək söhbət edərdi. Ə.Haqverdiyev.[Əhməd] buçağacan barıtla, güllə iləzarafat eləməmişdi. B.Talıblı. Zarafat özyerində – b a x zarafat bir yana. Zarafatasalmaq – zarafatla ötüşməyə, işin içindənçıxmağa çalışmaq. Sən zarafata salıbsan,amma mən düzünü deyirəm. M.Rzaquluzadə
  • zərf Zarafatla şəklində: zarafat yolu ilə,zarafat tərzində, ciddi olmayaraq. Zarafatlademək. – Sözün düzünü zarafatla deyərlər.(Məsəl). Elçin də atasının zarafatına zarafatlacavab verdi. M.Rzaquluzadə.
  • Bir Cevap Yazın