zar₁ : [fars.] klas.

  • Səslə, yanıqlı-yanıqlıağlayan, inləyən, nalə edən, nalan (adətənizafətlərdə işlənir). Aşiqi-zar. Bülbüli-zar.// Yanıqlı-yanıqlı, həzin-həzin ağlama, inləmə;fəğan, nalə. _Zar getmək – yanıqlıyanıqlıağlamaq, fəğan etmək. Bülbül, qızılgülhəsrəti; Qışı, yazı zar gedirəm. AşıqAbbas; // Zar-zar. Gər nalə çəkməsin dilibimar,neyləsin? Aşıq gözüm gər ağlamasınzar, neyləsin? Qövsi. // Fəğan, nalə. Bülbül,bu nə nalə, fəryaddır; De, bu nə ah ilə zardır?Molla Cümə
  • məc. Zəif, üzgün, əlacsız, çarəsiz, çıxılmaz(adətən tərkiblərdə işlənir). Cismi-zar.– Gər mən mən isəm, nəsən sən, ey yar? Vərsən sən isən, nəyəm məni-zar? Füzuli. Öldürənzamanda Zakiri-zarı; Əl saxla bir, qanlıqəməndən öpüm. Q.Zakir. İlahidən qorxun,bir insaf edin; Az incidin məni-zari, sərçələr!Molla Cümə.◊ Zar qalmaq – çarəsiz qalmaq, çıxılmazvəziyyətdə olmaq, səfalət keçirmək. Millət ..çobanı itmiş qoyun sürüsü kimi zar və sərgərdanqalıb, axırda əcnəbilər əlində əsir vəhər qisim zülm və bəlalara giriftar olacaqdır.F.Köçərli. Zar etmək – zinhara gəlmək,təngə gəlmək, usanmaq. Şəbi-meraci-visalımməni zar etdi rəqib; Görmədim, seyr elədimçərxi-müəlladə fərəh. S.Ə.Şirvani. Zar olmaqklas. – 1) təngə gəlmək, cana gəlmək. Nəxoşdur bir zaman bir dilbərin eşqində zar olmaq;Ümidi-vəsl ilə hicrində müddət biqərarolmaq. S.Ə.Şirvani; 2) ağlamaqla keçmək,ağlamaq. Ney kimi nalə çəkib, çəng kimi zarolalım! Qövsi. Bənəfşə qoxulu yardan ayrılan;Gündə yasa batar, günü zar olur. M.P.Vaqif.Zara gəlmək – təngə gəlmək, cana gəlmək,usanmaq. Mən aşiqəm gülzarə; Cəmənzarə,gülzarə; Ayrılığa dözməkdən; Axır gəlib gülzarə. (Bayatı). Can zarə gəlib, ta ki o cananəqayıtsın. Heyran xanım. Artıq bunun nisyəsininəlindən camaat zara gəlmişdi. S.Rəhman.Zara gətirmək – təngə gətirmək, cana gətirmək,zinhara gətirmək, usandırmaq. Gətirdin,ey könül, zarə məni sən ahü zarınla.S.Ə.Şirvani.
  • Bir Cevap Yazın