zamin : is. [ər.] Öhdəsinə zaminlik götürən,zəmanət verən adam. [Heydər bəy:]Hacı, mən zamin ki, bu səfərdə bulardan sənəheç bir xata yetişməsin. M.F.Axundzadə. Mənzaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyədəva edələr gər şərab ilə. S.Ə.Şirvani._ Zamin olmaq (durmaq) – birinin və yabir işin məsuliyyətini öz üzərinə götürmək,zəmanət vermək. Borcun yoxdur, zamin ol!(Ata. sözü). ..Zamin olmuşam ki, topu fırlanantapançanı bizim eloğlu Şamo düşmənəlinə keçirməz! S.Rəhimov. Zamin(ə) vermək– 1) hüq. birinin zəmanəti (məsuliyyəti)ilə bir şəxsi müvəqqəti olaraq həbsdən azadetmək. Müttəhimi zaminə vermək. – [Naçalnik:]Buları zaminə ver ta yuxarıdan cavabgəlincə. M.F.Axundzadə. Cinayət sübut olunanaqədər Bəndalını Tahirzadəyə zaminəverdilər. Mir Cəlal; 2) zamin kimi göstərmək.Zeynal yenə bir çox sözlər söyləyirdi. GahŞərifzadəni, gah Möhsünzadəni zamin verirdiki, bundan sonra alacağı paraları tamamiləMehribana təslim etsin. S.Hüseyn. Zaminəgötürmək hüq. – ittiham olunan bir şəxsinistənilən vaxt inzibat və ya istintaq orqanınaqayıdacağı haqqında dilindən rəsmi iltizamverərək, həbsdən müvəqqəti azad etdirmək.[İbrahim bəy:] ..Zaminə götürərik.. Sən də,hacı, mənim yolumu görərsən. N.Vəzirov.Uzun danışıqdan sonra Xasay [İsmiyevi] zaminəgötürdü. M.Hüseyn. [Yüzbaşı:] Bundanbir ay möhlət alaq, mən zaminə götürürəm.Mir Cəlal.

Bir Cevap Yazın