zaman : is. [ər.]

  • Vaxt, müddət. O hadisədənçox zaman keçdi. – Unudubsan mənixeyli zamandı. Aşıq Ələsgər. [Birinci əyan:]Bu qədər zaman paytaxtdan ayrıldığı heç yoxidi… Ü.Hacıbəyov. Aradan üç aya qədər birzaman keçmişdi. S.Hüseyn. [Beyrək] zamanınyetişdiyini görüb yumruğunu masayaçırpdı. M.Rzaquluzadə. // Adətən feillərdənsonra – bir hadisənin, işin baş verdiyi və yabaş vermiş olduğu vaxtı, anı bildirir. O, danışdığızaman mən getmişdim. – Keçəl HəmzəÇənlibeldə Dürata baxdığı zaman Qıratın dayan-yörəsinə hərlənib özünə mehriban eləmişdi.“Koroğlu”. İkinci şəhər məktəbinə getdiyimzaman Ə.Haqverdiyevlə tanış oldum.A.Şaiq. // Zəmanə, dövr, vaxt. Yaxşı zamandayaşayırıq. – Mirzənin zamanında bazardaucuzluq idi. Ə.Haqverdiyev. Zamanmı, insanmıdəyişdi yoxsa. B.Vahabzadə
  • Fəlsəfədə: sonsuz inkişaf edən materiyanın,vaxtın davamı və ardıcıllığında təzahüredən ümumi obyektiv varlıq forması. Məkanvə zaman hər cür varlığın əsas formalarıdır
  • Qrammatikada: iş və hərəkətin müəyyənvaxtda icra edilib-edilmədiyini bildirənfeil şəkli. Keçmiş zaman şəkilçiləri. Qrammatikzaman anlayışı.◊ Zaman keçdikcə – yavaş-yavaş, vaxtötdükcə, getdikcə. Zaman keçdikcə Azərbaycandili büllurlaşır, lüzumsuz fars, ərəb vəosmanlı sözlərindən təmizlənir. M.İbrahimov.Zaman keçdikcə Teymurun öz çətin işi haqqındakıtəsəvvürü get-gedə genişlənir.H.Seyidbəyli. Zamanın nəbzini tutmaq –dövrün tələbinə uyğunlaşmaq. Zamanın nəbzinitut ki, nə canandan, nə candan tut; Nəyinvardırsa aləmdə sən öz simana qalxan tut…S.Vurğun. Zamanla ayaqlaşmaq – həyatdangeri qalmamaq, dövrün tələbincə hərəkətetmək. ..Gələcəyi ancaq zamanla ayaqlaşabilənlər qazanacaqdı!.. M.İbrahimov. Axırzaman din. – dünyanın axırı. Dağlar başıdumandır; Elin halı yamandır; Dövran belədəyişib; Bəlkə axır zamandır? (Bayatı). Birzaman – 1) vaxtı ilə, bir vaxt, əvvəllər, keçmişdə.Bir zaman onlar yaxın dost idilər.– Bir zaman oldu bir belə qovğa; Külək iləgün etdilər dəva. A.Səhhət; 2) az müddət, birmüddət, bir qədər vaxt. Bir zaman durub gözlədim.– Nə xoşdur bir zaman bir dilbərineşqində yar olmaq; Ümidi-vəsl ilə hicrindəmüddət biqərar olmaq. S.Ə.Şirvani. Çox zaman– tez-tez, çox vaxt. Çəkinərək çox zaman,söhbəti dəyişəydin; Mənimlə əyişəydin.M.Müşfiq. Eyni zamanda – bir vaxtda, eynivaxtda, bununla birlikdə, həm də. O zamanki özümüz olduq öz dustağımız; Qəlbimizəsığındı üç rəngli bayrağımız. B.Vahabzadə.On yeddi yaşı yenicə tamam olan Güləsər isəbaşına gələn əhvalatdan heç nə anlamır, eləburadaca, kolun dibində dəhşətli və eyni zamandacazibədar bir maraqla gözlədiyi əhvalatınbaş verəcəyindən qorxurdu. İ.Şıxlı. Heçbir zaman – əsla, qətiyyən, heç vaxt. [Səlim:]Haqsızlıq əfv olunmaz heç bir zaman.H.Cavid. [Aslan bəy:] Yox, bir söz dedimi,heç bir zaman unutmaz… C.Cabbarlı. Ancaqonu da deyim ki, mən heç bir zaman ölümdənqorxmamışam. M.Hüseyn. Heç zaman – heçbir vaxt, əsla, qətiyyən. Onu heç zaman unutmaram.– Dünyadan heç zaman kəsilməyəydi;Gözəl, şən nəğməli bu quş səsləri. N.Rəfibəyli.Hər zaman – daim, həmişə, hər vaxt.Plov hər zaman hazırdır, – deyə Firəngiz oyalanıbqəti bir qərarla dilləndi. S.Rəhimov.Nə zaman – haçan, havaxt. Qovuşub baharayaşıl bağçada; Belə bəzənmisən nə zaman,budaq? M.Dilbazi. O zaman ki – o vaxtdaki… onda ki…zaman-zaman zərf Hərdən, gah-gah,vaxt-vaxt. Könüldə qönçələnir cahan-cahanfəryad; Dilim bu vəchdən eylər zaman-zamanfəryad. Qövsi. Qazamat divarları uca; Qapınınyarımay deşiyindən; Zaman-zaman görünürbir qoca. R.Rza. Zaman-zaman gözlərimiboşluqlara dikmişəm; Günün, ayın, ulduzlarınkeşiyini çəkmişəm. M.Rahim. Tarix qalınbir kitabdır; Vərəqlənir zaman-zaman.H.Hüseynzadə.
  • Bir Cevap Yazın