zalım : sif. və is. [ər.]

  • Zülm edən, zülmkar,qəddar, mərhəmətsiz, insafsız. Zalımpadşah. Zalım istismarçılar. – Mən görmüşəm,kafirim də görməsin; Nə yaman dərdimiş zalım ayrılıq. Molla Cümə. ..Bir dəstəzalım bir yerə cəm olub və özlərinə bir başçıqərar verib minmişdilər camaatın boynuna.C.Məmmədquluzadə. Eh zalım xan! Zalımxan! Sən qorxub öz canından; Yurdu versənhər yada; Kor olasan dünyada. S.Vurğun
  • zar. Bəzən bacarıqlı, zirək, məharətliadam haqqında. Avropa üləmasının övrət məsələsinədair yazılarını oxuyanda görürsən ki,bu zalımlar dünyanın hər bir guşəsindən xəbərverirlər. C.Məmmədquluzadə. // Eyni mənadabəzən oğlu, balası, uşağı və s. sözlərləişlənir. Zalım oğlu yaman güləşirdi. Zalımqızında bir səs var ki… – Ağzını açan kimi,Hacı zalım oğlu onun kimi, bəlkə ondan dayaxşı danışmağa başlayır. C.Cabbarlı. [Mərcanbəy:] Ay zalım balası, zalım! Məni sənaldatdın! Ü.Hacıbəyov. Sarı simə keç, ay zalımbalası, sarı simə. M.İbrahimov. [Qaradonlu:]Dedi-qodu gəzdirməsə, dinclik tapmırda, zalımın qızı. İ.Hüseynov.◊ Zalım sual – çətin sual, cavab verilməsiçətin olan sorğu. Bir tərəfdən uşaqların faciəlihalları, o biri tərəfdən Zəhranın zalım sualıZeynala artıq dərəcədə təsir etdi. S.Hüseyn.Bu zalım sual qılınc kimi qarşımda durdu.T.Ş.Simurq.
  • Bir Cevap Yazın