zail : sif. [ər.] klas. Daimi olmayan, müvəqqəti,fani, keçici, puç. _ Zail etmək(eyləmək) – puç etmək, yox etmək, məhvetmək, heçə çıxarmaq. Nə gözəldir sənin şirinsözlərin; Zail etdi məni ala gözlərin. Qurbani.Zakirəm, eylədin əqlimi zail; Olmaz belə surət,belə şəmail… Q.Zakir. Gərdənə yaraşırqızıl hamayıl; Görənin ağlını edibdi zayıl…Aşıq Ələsgər. Vaiz demə kim, zail edər əqliziyalə; Badə gətirər mərdümi-huşyarı kəmalə.S.Ə.Şirvani. Zail olmaq – keçmək, yox olmaq.Heyhat ki, tədbir ola bu xanəxərabə;Zail olub əqli. M.Ə.Sabir. Vaxtı ilə [Ceyranın]üzündə gördüyüm solğun məhzunluqbüsbütün zail olmuşdu. S.Hüseyn. Lakin şəhərədüşən birinci bombadan o diksinincə, eləbil, dərhal aradan bu illər qalxıb zail oldu.Ə.Əbülhəsən.

Bir Cevap Yazın