zahir : is. [ər.]

  • Açıq, aşkar, aydın, meydandaolan (batin müqabili). Mən bir Fərhad,sən bir şirindəhansan; Dərdin zahir,amma özün nəhansan. M.P.Vaqif. Zahirdiqəmzənin cigər sökməyi; Can atmağı, nahaqqanlar tökməyi. Q.Zakir
  • Xarici görünüş, görkəm, üz tərəf. Zahirdənbatinə yol var. (Ata. sözü). Batinin əksidirfəqət zahir. H.Cavid. [Əsgər:] Görünür,zahiri gözəl olan kimi batini də gözəldir.Ü.Hacıbəyov. Qəbul otağının astanasınaqədəm basan oğlanın zahirində ilk nəzərdədiqqəti cəlb edə bilən bir şey yox idi. İ.Hüseynov._ Zahir etmək – aşkara çıxarmaq,üzə çıxarmaq, büruzə vermək, aydın etmək,məlum etmək, bildirmək. Saxlama nəqdiqəmi-eşqini, ey can, zahir et; Kim, verimhəbsi-bədəndən çıxmağa rüsxət sana. Füzuli.Nami-məşuqi nə lazım zahir etmək, ey könül;El bilir, aləm bilir, gülruxlərin sultanıdır.S.Ə.Şirvani. Anası oğlunun cinayətini; Görərək,zahir etdi nifrətini. M.Ə.Sabir. Zahirolmaq – aşkara çıxmaq, üzə çıxmaq, zühuretmək, meydana çıxmaq, görünmək. Hər günonun həsənatından və ədalətindən növ-növəlamətlər xalqa zahir olurdu. M.F.Axundzadə.Bu əsnada yaxındakı uca dağın təpəsindəgözəl bir qız surətində nurani bir kölgəzahir olur. A.Səhhət. Şeyx hər nə qədər səslədisədə, Gülsümdən səs zahir olmadı.Ə.Haqverdiyev; // məlum olmaq. Vaqif öldü,neçin yasa gəlmədin? Ya zahir olmadı bu xəbərsənə? M.P.Vaqif. Zahirə çıxmaq – üzəçıxmaq, məlum olmaq, görünmək. Divarlardanasılmış xəritələri … olmasaydı, suvaqlarıntöküldüyü, bişmiş kərpiclərin çılpaqqaldığı bəzi yerlərdə güllələrin dəlib açdığıdərin yaralar zahirə çıxardı. H.Nəzərli.
  • Bir Cevap Yazın