zağ-zağ : zağ-zağ əsmək (titrəmək) –bərk qorxmaq, qorxudan titrəmək. [Veysəl:]İki yüzdən artıq fəhlə səni görəndə zağ-zağəssin, iki gədə səni tələyə salsın? S.Vəliyev.Özünü elə göstərmişdi ki, hamı [Baxış bəydən]zağ-zağ əsirdi. Ə.Abasov. // Eyni mənadabəzən “qorxudan”, “əlindən” sözləriilə. Ev adamları tamam yuxudan ayılıb qorxularındanzağ-zağ əsdilər. Çəmənzəminli.// Ümumiyyətlə bərk titrəmək (əsmək). Xırdatəpələri sellər oyanda; Əsər bu həmləyə dağlarda zağ-zağ. B.Vahabzadə.◊ Üstündə zağ-zağ əsmək – həddindənartıq, ifrat dərəcədə əzizləmək, sevmək, qorumaq.Anatək övladının üstündə zağ-zağəsir. – Baba, nənə və ana Aslanın üstündəzağ-zağ əsirdilər. Ə.Vəliyev.

Bir Cevap Yazın