zad : is. [ər.]

  • Şey. Hər zad. Heç zad yoxdur.– Nə şirindir məhəbbəttək zad olmaz;Ölənədək könül ondan yad olmaz. M.V.Vidadi.Mən aşıq qan ayağı; Qan əli, qan ayağı;Aşıq bir zad görübdür; Üç başı, on ayağı. SarıAşıq. Kişi, məlum zaddı ki, övrətdən güclüolar. C.Məmmədquluzadə. Yox idi könlünüaçası bir zad; Dayanmazdı insan, olsa dapolad. H.K.Sanılı. // Bəzən söylənmək, istənilənsöz yada düşmədikdə, onun əvəzinədeyilir. O .. zadı mənə ver. – Məşədi İbad:– Mən də sən zad deyiləm, rədd ol burdan!Ü.Hacıbəyov. _Heç zad – heç bir şey. Heçzadın üstündə şagirdi döymək .. mötəbər qaydalardansayılırdı. F.Köçərli. [Məşədi İbad:]İstəyirsən mən də atam kimi səndən heç zadalmayım.. Ü.Hacıbəyov
  • Adətən başqa sözlərlə birlikdə qeyrimüəyyənlikbildirir (çox vaxt qoşulduğu sözünifadə etdiyi şeyin əhəmiyyətsizliyini bildirir).Ona bir az şeydən-zaddan ver. Pulnədir, zad nədir! – Xanım, mən cəlladdanzaddanqorxan deyiləm. “Koroğlu”. [Qurbanəli:]Bir əppəkdən-zaddan ver, zəqqumlanaq.N.Nərimanov. [Sultan bəy Süleymana:] Buyur,gedək o biri otağa, çaydan-zaddan içək,söhbətimizi də orada edək. Ü.Hacıbəyov.
  • Bir Cevap Yazın