zərrin : sif. [fars.]

  • klas. Qızıldan düzəldilmiş,qızıldan qayrılmış. Dev Reyhanıbir zərrin taxt üzərində qoyub, üzərinə gülabsəpib burnuna müşkü ənbər iyi verdikdəReyhan huşa gəlib, özünü devlərin yanındagördü. (Nağıl). Dövrü bir bəzmdir behiştibərin;Tac zərrin, sürahi həm zərrin. Füzuli.// Zərli. Bəzək bilməz bu diyarın göyçəyi;Tanımaz al çarqat, zərrin ləçəyi. M.P.Vaqif.İlhamımın yelkəni zərrin saçın olaydı.M.Müşfiq. Hər fikir mülkündə zərrin tacyatır; Hər meyvə tumunda bir ağac yatır.O.Sarıvəlli
  • şair. Qızıl kimi, qızıl rəngində, qızıl kimiparlaq. Zərrin qədəh. Zərrin şəfəqlər. Zərrinşüalar. – ..Qərbdəki ulduzlar zərrin dumanlariçində itmiş, şərqdəkilər sanki qorxubbir-birinə qısılmışdı. Ə.Məmmədxanlı. Mizüstündə yanır bir şam titrədikcə şölələri;Səpib zərrin tellərini o bəzəyir nurla yeri.B.Vahabzadə.
  • Bir Cevap Yazın