zərrə : is. [ər.] Bir şeyin ən kiçik hissəsi.[Qəhrəman:] Kənarda şiddətlə əsən qış ruzgarıbirqat pəncərələri yumruqlayır, kiçikqar və buz zərrələri ilə bombardman edirdi.H.Nəzərli. Buradakı dağ günəşinin tərkibindəolan zərrələr .. misilsiz dərmanlardır.S.Rəhimov. Hər zərrəsi ulduz kimi; Gur bulaqdansular axdı. M.Dilbazi. _ Zərrə qədər(də), bir zərrə qədər – b a x bir zərrə.Mehrin könüldə zərrə qədər bir zavalı yox.S.Ə.Şirvani. Tahir qızın gecikməyindən zərrəqədər də incimirdi. M.Hüseyn. [Sultan:] Sənino quru qəfəsənin altında vətənə heç zərrə qədərdə məhəbbət yoxdur, Məcid. İ.Hüseynov.Bir zərrə – 1) bir az, çox cüzi miqdar. Birzərrə su içdim. Bir zərrə ondan ver. – Qızındodaqlarında və üzündə bir zərrə də olsaqırmızılıq qalmamışdı. M.S.Ordubadi; 2) qətiyyən,heç, əsla. Yox böylə ikidilli, yamanüzlücəfakar; Bir zərrə utanmaz! M.Ə.Sabir.[Xəyyam:] Yox, oxşayacaq ruhumu bir zərrəsəadət; İzlər məni hər dürlü fəlakət. H.Cavid.zərrə-zərrə zərf Zərrələrlə, çox kiçicikhissələrlə, az-az, cüzi-cüzi.

Bir Cevap Yazın