zərnişan : [fars.]

  • sif. Qızıl suyu iləvurulmuş nişanı (naxışı) olan, qızıl nişanlı.Hərami könlümə tapşırdı zərnişan oxlar; Kihər birisi dəyər padşah xəzinəsinə. Qövsi.Bir qoç igid bir meydanda tapılsa; Bəzənəro meydan, zərnişan olu. “Koroğlu”. Olub zərnişantacla sərfəraz; Şəbistanə qoydu qədəmyari-naz. M.Ə.Sabir
  • is. Zərli, bəzəkli, naxışlı parça və bu parçadantikilmiş paltar. Ağ xələt bürünər, zərnişangeyməz; Heç kəsi dindirib keyfinə dəyməz.Aşıq Ələsgər. // Zər. [Qoca çoban Qumruyadedi:] Onun şəklini elə toxu ki, nə qardan,çovğundan, nə də yüz il keçəndən sonra vurduğunnaxışların zərnişanı solmasın…Ə.Məmmədxanlı
  • sif. Ümumiyyətlə bəzəkli. Yaşıl nimtənəli,gülgəz qəbalı; Başında dəstarı zərnişanPəri! Aşıq Əmrah.
  • Bir Cevap Yazın