zərb : is. [ər.]

  • Vurma, vuruş, zərbə. Zərbəningücü, şiddəti. Ağac zərbi. – Zərb zəyərəkdənyağ çıxardar. (Ata. sözü). ..El bir olsa,zərbi kərən sındırar.. Aşıq Abbas. Vəzn, xüsusiləzərb ilə çalınan musiqi əsərlərində ..daha qabarıq surətdə nəzərə çarpır. Ə.Bədəlbəyli._Zərbə düşmək – gücə düşmək,zora düşmək
  • Adətən zərbindən şəklində – toxunmagücündən, şiddətindən, zərbəsindən, təsirindən.Küləyin zərbindən ağaclar yıxıldı. – Zərbindəndağlar titrəşir; Bərqin dirəxşanı kimi.Aşıq Ələsgər. Mən hələ ondan qorxuram ki,Parijin yıxılmağının zərbindən özgə şəhərlərdə bərbad ola. M.F.Axundzadə. Yəqin kiistinin zərbindən hərə bir kölgə yerə pənahgətirib. C.Məmmədquluzadə. Səlim silləninzərbindən səndələdi. M.İbrahimov
  • Zərblə şəklində zərf – şiddətlə, bərk,bütün ağırlığı ilə. Atılan qarmağın birini dəbalıq aparmışdı. .. Elə bu vaxt sudakı qarmağınzərblə dartıldığını gördülər. İ.Şıxlı.Oğlan əlindəki kağız bükülüsünü yerə çırpıb,qapını zərblə çəkdi. İ.Məlikzadə
  • riyaz. köhn. Vurma əməli. Beş zərb beş –eylər iyirmi beş. _ Zərb cədvəli – vurmacədvəli. Əhmədin riyaziyyatdan çox da başıçıxmazdı, amma əmali-ərbəəni və ələlxüsus,zərb cədvəlini yaxşı bilirdi.. B.Talıblı
  • Metal pul, sikkə və s. üzərinə naxış,damğa vurma. _ Zərb vurmaq (eləmək) –metal pul kəsmək, sikkə kəsmək. Zərb olunmaq(edilmək) – kəsilmək (metal pul və s.).
  • Bir Cevap Yazın