zərərdidə : sif. [ər. zərər və fars. …didə]Bir hadisə, fəlakət və s. nəticəsində zərərçəkmiş, ziyan görmüş, xəsarət görmüş. Zərərdidəadam. Zərərdidə ölkə. – Malı gedənlərvə zərərdidə (z.) olanlar qorxudan baş komandanınyanına şikayətə gedə bilmirdilər.M.S.Ordubadi. // İs. mənasında. Zərərdidələrəkömək. Daşqın zərərdidələri. – Yüzbaşınınyasavulları küçələri dolanırdılar və zərərdidələriyoxlamaqda idilər. C.Məmmədquluzadə._ Zərərdidə olmaq – zərər çəkmək,ziyan görmək, xəsarətə uğramaq. Əvvəla,təhlükə zamanlarında Məşədi Kazım ağanınmaliyyə işləri zərərdidə olurdu. M.S.Ordubadi.

Bir Cevap Yazın