zərər : is. [ər.] Ziyan. Bunun xeyri varki, zərəri yoxdur; Gülməli insanlar həyatdaçoxdur. S.Vurğun. _Zərər çəkmək – zərəretmək, maddi itki vermək, zərərə məruz qalmaq.[Kosaoğlu:] Allah ömrünü uzun eləsin,Qurban qağa, sən olan yerdə adam zərərçəkərmi? İ.Şıxlı. Zərər dəymək – ziyan çəkmək.Zərər etmək – alverdə qazanmaq istərkənitki vermək, maddi itkiyə məruz qalmaq.[Məmmədbağır] Bakıdan apardığı fındığı,şabalıdı istədiyi qiymətə sata bilmədiyindən,zərər edirdi. S.Hüseyn. Zərər gətirmək –bax zərər vermək. Mənim doğruluğum zərərgətirdi. Q.Zakir. Zərər görmək – ziyançəkmək. [Sultan:] Sənin atan da, əmilərin dəyersiz inadkarlıqdan həmişə zərər görüblər.İ.Hüseynov. Zərər vermək – ziyan vermək,zərərli olmaq. Yalan zərər verər daim insana;Yalançı bənzəyər məlun şeytana. Şəhriyar.Zərər verməz – zərəri olmaz. Gözümdəməskən et, xari-müjəmdən ehtiraz etmə;Güli-xəndanə sordum, xarə yar olmaq zərərverməz. Füzuli. Zərər vurmaq – ziyan vurmaq,ziyan çəkməsinə səbəb olmaq. Hərçəndbir çox mollalar təklikdə “sətr”in şəriolmadığını, məarif və tərəqqimizə zərər vurduğunusöyləyirdi, amma heç kəs meydanaçıxıb aşkar deməyə cəsarət edəmiyordu.“Hophopnamə”. Zərər yox – zərəri yoxdur,eyib etməz, razıyam. [Nadir bəy AşıqSultana:] Zərər yox, madam ki arzu edirlər,sazını al da gəl, fəqət çox gecikmə! H.Cavid.Zərərə düşmək – 1) b a x zərər çəkmək;2) məcburiyyət altında pul xərcləməyə məcburolmaq. Zərərə salmaq – pul xərcləməyəməcbur etmək. [Aşıq Vəli:] Adamaümid-nevid verib, yerindən eləyib, zərərəsalıb, axırda sözünə əməl eləməyənə lənət!N.Vəzirov. Zərəri çatmaq – zərəri dəymək.De, görüm onların nədir səməri? Bəlkə də hərkəsə çatır zərəri. M.Ə.Sabir. Zərəri nədir –zərəri yoxdur. Zərərin yarısından qayıtmaq– ziyan gətirə bilən bir işi davam etdirməyibyarımçıq qoymaq, başa çatdırmamaq.[İmran:] Gəl mənə qulaq as, zərərin yarısındanqayıt. M.Hüseyn. Nə zərəri var – b a xzərəri nədir. [Məşədi İbad:] Əlbəttə, nəzərəri vardır, cavanlıq olmasın, pul olsun.Ü.Hacıbəyov. // Maddi itki, xəsarət.

Bir Cevap Yazın