zənn : is. [ər.]

  • Kafi dəlil üzərində əsaslanmayanehtimal, güman, qeyri-qəti fikir.Qəzetin olmadı bu həftə əyan; Yüz yerə getdizənnü fikrü güman. S.Ə.Şirvani. Mənim zənnimayrı yerə getdi. Mir Cəlal. _ Zənnetmək (eləmək) – güman etmək, ehtimaletmək, düşünmək. [Əhməd:] Mən elə zənnedirdim ki, Gülnazın nazənin səsin eşitsəmbihuş olaram. T.Ş.Simurq. [Bəhram Pəriyə:]Mənim adımla özünü təsvir edirsən, zənn edirəm.C.Cabbarlı. Zənn etməyin o saçlar özözünəağarmış. H.Hüseynzadə. Zənn ilə –diqqətlə. Qürbət bir şəhərin bazarında ikiadam qabaq-qabağa gəlib bir-birinə zənnilə baxdılar. Çəmənzəminli. Ağa sağ əliniçənəsinə dayadı, kirpiklərini bir dəfə də qırpmadanTahirə zənn ilə baxdı. M.Hüseyn. Zənnimkəsmir – güman etmirəm, inana bilmirəm,ağlım kəsmir. Zənnimcə – mənim fikriməgörə, fikrimcə, düşündüyümə görə,ehtimalıma görə. Zənnimcə, o, doğru demir.Zənnimcə, bu gün soyuq olacaq. – [Nadir bəy:]Yalnız Çingizi, yaxud onun kimi bir-iki cahangirihaqsız görüb də, başqalarını haqlıgöstərmək, zənnimcə, pək böyük bir haqsızlıqdır.H.Cavid. [Xanım:] Qısqanclıq yaxşıdıryerində; Hər şey üstə qısqanclığa meydanverməyin, zənnimcə, mənası yoxdur. Çəmənzəminli.Zənnini yayındırmaq – çaşdırmaq,fikrini azdırmaq. İlyas uzandığı yerdə sakitcədayanıb düşmənin zənnini yayındırırdı. MirCəlal
  • Şübhə, şəkk, güman. Zənnin kimə gedir?– Mümkün olsa lap kökündən qaldırıb birzənn ilə; Cümlə mətbuatı viran etməli bundansora. M.Ə.Sabir. [Hacı:] Mənim səndənzənnim var idi. Ə.Haqverdiyev
  • Yaddaş, hafizə. [Zülfüqar dedi:] Zənnimkorlanıb, sizi yaxşı tanıya bilmədim. B.Bayramov.
  • Bir Cevap Yazın