zəngulə : is. [fars.] Azərbaycan klassikmusiqisində: 12 əsas muğamdan biri. Əsasmuğam bunlar idi: üşşaq, nəva, .. zəngulə vəhicaz. Ü.Hacıbəyov. // Hər bir xanəndəyəxas olan iki qonşu tonun tez təkrarındanəmələ gələn titrək səs. Zəngulə ilə oxumaq.– Könüllər dillənir zənguləsində; Hər təzəhavaya təzə söz seçir. H.Hüseynzadə. _Zənguləvurmaq – oxuyarkən bu cür səslər çıxarmaq(xanəndənin oxumaq xüsusiyyəti).[Suraxanski:] Hansı məşhur xanəndə, Qaryağdıoğlundanbaşlamış, mənim kimi zənguləvura bilər? Ə.Haqverdiyev. Hətta [Fərəc]zəngulə vuranda uşaqlar bir-birinə baxıb dişləriniağardırlardı. Qantəmir. O, sazın zilpərdəsini dilləndirir və o zamanın ən məşhurxanəndəsi olan Keçəçioğlunun zəngulələrinidüzgün vurmağa çalışırdı. A.Şaiq.

Bir Cevap Yazın