zəng : is.

  • Vurulduqda xüsusi səs çıxarmaqüçün içərisində metal dili olan, ağzıgen,kəsik konusşəkilli mis və ya mis ərintisindənqayrılmış alət. Kilsə zəngi. Zəng səsi. Dəmiryolzəngi. Yanğın maşını zəngi. – Davamlıbir zəng səsindən sonra 3 nömrəli tramvaydöngədən göründü. Qantəmir. // Həmin alətinheyvanların boynundan asılan kiçik növü;zınqrov. Düzlərdə yük heyvanlarının boynundanasılmış zənglərin ahəngsiz və qarmaqarışıqsəsindən başqa bir şey eşidilmirdi.M.S.Ordubadi
  • Səs siqnalı vermək üçün metal cihaz.Qapının zəngi. Elektrik zəngi. – Birdən qapınınzəngi çalındı. M.Hüseyn. Sərhəng Səfaizəngi basıb .. Firidunu aparmağı əmr etdi.M.İbrahimov. Zəng səsi Kərim bəyi xəyalındanayırdı. Mir Cəlal
  • Bu alət vasitəsilə çıxarılan səs siqnalı.Telefon zəngi. Saatın zəngi. _ Zəng vurmaq– 1) zəngə bir şey vurmaqla, toxundurmaqlavə ya elektrik zənginin düyməsinibasmaqla səs siqnalı çıxarmaq. Anisim tələsikpilləkəni başa çıxdı, zəngi vurdu. S.Rəhimov;2) zəngin səsi çıxmaq (bəzən “zəng vurulmaq”şəklində də işlənir). Qapının zəngivurdu. Telefon zəngi vurmaq. – Üçüncü zəngvurulurdu. Camaat tamaşa zalına axışırdı.S.Rəhimov; 3) danışmaq üçün telefona çağırmaq,telefonda danışmaq. Evlərinə zəngvurdu. Sizə zəng vurdum, cavab olmadı. Zəngeləmək (etmək) – b a x zəng vurmaq 3-cümənada. Usta divardan asılmış telefonla kiməisə zəng etdi. M.Hüseyn. Zəng çalmaq – b a xzəng vurmaq 1 və 2-ci mənalarda.
  • Bir Cevap Yazın