zəncir : is. [fars.]

  • Bir-birinə keçmişhalqalardan ibarət dəmir bağ; silsilə. Saatzənciri. Lövbər zənciri. İti zəncirlə bağlamaq.– Axırda Dəmirçioğlu atasından gizli bir canlıkotan zəncirini də götürüb toqqa əvəzinə belinəbağladı. “Koroğlu”. Kəndlinin cavan oğluşiddətli surətdə dəli oldu, hətta onu zəncir iləbağlamağa məcbur olurlar. S.S.Axundov
  • Buxov, qandal. Əzizim bağlı qaldı; Yarqəlbi dağlı qaldı; Zəncir, buxov görmədi;Qollarım bağlı qaldı. (Bayatı). Ruhi-Məcnunisevirsən bir dəm ey zəncir açıl; Kim, tutulmuşşəhridən könlüm biyaban istərəm. Qövsi…Dustaqxananın zəncir səsi camaatın qulağınagəldi. Ə.Haqverdiyev. Zənciri qolundanatdı bu torpaq. B.Vahabzadə. _ Zəncirəçəkmək (vurmaq) – zəncirləmək, əl-ayağınızəncirlə bağlamaq. Dili-divanəni zəncirə çəkərsən,yeri var; Ətri-zülfün nə üçün müşkiXətadanseçməz? S.Ə.Şirvani
  • məc. Əsarət, zülm, məhkumluq rəmzi.İnsanlara zəncir, fəğan gətirən; O, faşist adlananqara itləri; Məhv et silahının qüdrətiləsən! R.Rza. // Klassik şeirdə gözəlin zülfünəişarədir. Tutmazam zənciri-zülfü tərkin, eynaseh; Məni xah bir aqil xəyal et, xah birdivanə tut. Füzuli. Saçın zəncirinə könül bağladım;Məcnun kimi düşdüm dağa, Fatimə!M.P.Vaqif.◊ Zəncir kimi (tək) – bir-birinin ardınca,silsilə şəklində. Dağların ardı-arası kəsilmir,zəncir kimi bir-birinə hörülmüş, bir-biriniqucaqlamış kimi durur. A.Şaiq. Zəncirtək düzülübon beş hünərvər; Daşlı küdrüləri etdilərsəngər. H.K.Sanılı. Zəncir gəmirmək (çeynəmək)(bəzən “əlindən” sözü ilə) – birinəqarşı son dərəcə hiddətli olmaq, birinə divantutmağa hazır olmaq, acıqlı olmaq. Zəncirdənqurtarmaq – b a x zəncirini qırmaq1-ci mənada. Yaşıllıq çağırsın hər qəlbin neyi;Qurtaraq zəncirdən Prometeyi!.. S.Vurğun.Zəncirini qırmaq – 1) əsarətdən qurtarmaq,azadlıq əldə etmək; 2) məc. dan. həddiniazmaq, sözə baxmamaq, özbaşınalıq etmək.
  • Bir Cevap Yazın