zəlil : sif. [ər.] Zəlalətə düşmüş; yazıq,bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram,ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.)yaşamaq bir kərə haram olsun. A.Səhhət._ Zəlil etmək – pis günə qoymaq, bədbəxtetmək, xar etmək, alçaltmaq. Demin ki, yarəedib Seyyidi zəmanə zəlil; Məbadə könlü yanə,könlümü xərab görüb. S.Ə.Şirvani. [Şamamacadu:] Allah heç kəsi zəlil eləməsin… Ə.Haqverdiyev.Zəlil olmaq – bədbəxt olmaq, pisgünə qalmaq, xar olmaq, alçalmaq. [Naçalnik:]Sizin nəcabətinizə hərgiz layiq deyil ki,özünüzü bədnam edib ümənai-dövlətin nəzərindəxar və zəlil olasınız. M.F.Axundzadə.Zəlil olsun! – bəddua, qarğış nidası. Olsundüşməniniz həmişə zəlil; Duaçıdır sizə həryoxsul, əlil. H.K.Sanılı.zəlil-zəlil zərf Yazıq-yazıq, fağır-fağır.

Bir Cevap Yazın