zəli : is.

  • Şirin sularda yaşayan, heyvanlarınbədəninə yapışıb onların qanını sormaqladolanan xırda qurd. _ Zəli qoymaq(salmaq, yapışdırmaq, düzmək) – təbabətdə:xəstə adamın korlanmış qanını sordurmaqüçün onun bədəninin müvafiq yerlərinəzəli qoymaq. Molla Qasımın arvadıZeynəb qarı da azarlılara zəli yapışdırmaqdaböyük ixtisas sahibi olub. S.S.Axundov
  • məc. Başqasını amansızcasına istismaredən, soyan, var-yoxunu sorub çəkən adamhaqqında. Xalqın qanını zəli kimi sormaq.– Bu əmrdə hakimi-vilayətlər şəbihdilər zəlilərəki, qan sorub şişdikdə sahibi oları sıxır,tamam sorduqları qanı qusurlar. M.F.Axundzadə
  • məc. Yapışdığı yerdən qopmayan, tutduğunuəldən buraxmayan şey və ya adamhaqqında. Lakin bir zəli dəyişməyir öz xislətini.O.Sarıvəlli. _ Zəli kimi yapışmaq –1) tutduğu yerdən bərk-bərk yapışıb buraxmamaq,yapışıb əl çəkməmək. Qəmər atasınınqulluğundan mürəxxəs olub, düz mənzilinəgəlib, genə də zəli kimi kitaba yapışdı.(Nağıl); 2) təngə gətirmək, cana gətirmək.[Kərbəlayı Rəcəb:] Peşman olursan dalandankənara çıxırsan, zəli kimi yapışırlar. N.Vəzirov.
  • Bir Cevap Yazın