zəiflik : is.

  • Qüvvə azlığı, gücsüzlük.İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük,taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fizikiqüvvə azlığı, arıqlıq. Qıçlarında zəiflik hissetmək. – [Qızın] çöhrəsində bir yorğunluqvə zəiflik hiss olunurdu. M.S.Ordubadi.[Gülara] zəiflikdən bir skelet şəklini almışdı.Ə.Vəliyev
  • Bir şeyin yerinə yetirilməsində lazımıncamöhkəmlik, səbat və ardıcıllıq olmaması; iradəsizlik,qətiyyətsizlik, acizlik, bacarıqsızlıq,qabiliyyətsizlik. Rəhbərliyin zəifliyi. Bütüngünah onun zəifliyindədir. – [Qadir] özününzəifliyindən o qədər acıqlandı ki.. Ə.Əbülhəsən._ Zəiflik göstərmək – acizlik göstərmək,iradəsizlik göstərmək. // Kifayətsizlik,yarıtmazlıq, qüsurluluq, nöqsanlılıq, nöqsan,qüsur. Aparılan işlərin zəifliyi. Təşkilatcəhətdən zəiflik. Eşitmə (görmə) qabiliyyətininzəifliyi. // Azlıq, çatışmazlıq. Əqli zəiflik.Orqanizmdə vitaminlərin azlığı zəifliyə və yaxəstəliyə səbəb olur.
  • Bir Cevap Yazın