zəif : sif. [ər.]

  • Cismən az qüvvətli, gücsüz.Zəif adam. Zəif at. Zəif qol. – [Nadir bəy:]Məxluqatın ən şərəflisi olan insanların, həttazəif, aciz bir qarıncanın belə qanına girmək,məncə əfvedilməz bir cinayətdir. H.Cavid.// İs. mənasında. Gücsüz, qüvvətsiz adam.Axırda zəiflər yavaşca başlayırlar əkilməyəvə güclülər, yəni dəstə sahibləri qalırlar məclisdə.C.Məmmədquluzadə. [Firəngiz:] Zəiflərdaima gücdən bəhs edər. H.Cavid. // Sağlamolmayan, möhkəm olmayan, cansız, arıq,xəstələnməyə mail olan. Zəif bədən. Zəifciyər. Səhhətcə zəif uşaq. – Xasay qatarınsəsini eşidincə sanki onun qoluna qüvvətgəldi. Elə bil, zəif ürəyi həmişəlik olaraqsağaldı. Ə.Vəliyev
  • Üzgün, əldən düşmüş, taqətsiz. _ Zəifdüşmək – üzülmək, əldən düşmək, taqətdəndüşmək. [Gövhər xanım:] Gör nə zəif düşmüşəm?S.S.Axundov. Zəif eyləmək (etmək)klas. – zəiflətmək, üzmək, əldən salmaq.Dərdi-hicran ol qədr eyləmiş zəif əndamımı;Şaxi-gültək cünbüşi-badi-səbadən titrərəm.S.Ə.Şirvani. Zəif salmaq – zəifləşdirmək,əldən salmaq. Həsən bəy Zərdabi bir zamanxalqı içəridən yeyən, onun qanını soran qurdlardandanışmaqla cəmiyyəti zəif salan tüfeyliləritapmışdı. M.İbrahimov
  • məc. Zabitəsiz, qətiyyətsiz. // İradəsiz,iradə qüvvəsi çatışmayan, aciz. [Səməd] .. heçkimin qarşısında bu cür zəif və aciz olmamışdı.İ.Hüseynov
  • Lazımınca nüfuzu, gücü, başqalarınatəsiri olmayan. Zəif dövlətlər. Zəif hökmdar.– Bəzi kəndlərdə yoxsullar qrupu zəif idi.Mir Cəlal
  • Təsiri, gücü az olan. Zəif dərman. Zəifzəhər
  • Qüvvəsi, gərginlik gücü, fəaliyyət gücüaz olan. Zəif cərəyan. Zəif külək. Nəbzi zəif(z.) vurur. – Qazmaların və çadırların ancaqbir neçəsindən çox zəif işıq gəlirdi. Ə.Sadıq
  • Az, əhəmiyyətsiz, kifayətsiz, pis. Zəifqabiliyyət. Zəif intizam. Zəif iş. Zəif yoxlama.Dili zəif (z.) bilir. Qulağı zəif (z.) eşidir.– Neyləyim, qüdrətim zəifdir hələ; Görümtəbiətin kor olsun gözü! S.Vurğun
  • Öz işini, vəzifəsini layiqincə yerinə yetirəbilməyən, öz işini, sənətini yaxşı bilməyən,yaxşı işləməyən, işin öhdəsindəngəlməyən. Zəif idarə başçısı. Zəif rəhbər.// Yaxşı oxumayan, pis oxuyan. Zəif tələbə.Zəif sinif. Zəif (z.) oxumaq. Riyaziyyatdanzəifdir. – Bir tələbə dərsdən zəif olanda bütünbriqada zəif sayılırdı. Mir Cəlal. // Sənətkarlıqnöqteyi-nəzərindən qeyri-mükəmməl,keyfiyyətsiz. Zəif əsər. Zəif roman. Zəif çalğıçı.Skripkaçının texnikası zəifdir. O, tarda çoxzəif (z.) çalır.◊ Zəif damar – bir şəxsin təsirə düşə bilənən həssas cəhəti. [Naşad] Zeynalın zəif damarınıyaxşı tapmışdı. S.Hüseyn. Zəif yer,zəif cəhət – nöqsan, çatışmazlıq. …Ovçu dostumunda bir zəif cəhəti var idi. M.Rzaquluzadə.Baxış bəyin bir zəif cəhəti vardı: çoxşorgöz idi. Ə.Abasov.
  • Bir Cevap Yazın