zəhrimar : is. [fars.] Əsil mənası “ilanzəhəri” olub, aşağıdakı mənalarda işlənir:1) zəhər, çox acı şey mənasında. Haq bilir ki,beli şallı hacılar; Zəhrimartək xalqın ağzınacılar. Q.Zakir; 2) çox pis, mənfur, xoşagəlməzşey haqqında deyilir. Əba-qabını qovza,bax, içində zəhrimarı gör. M.Ə.Sabir; // söyüşməqamında. [Vəzir:] Zəhrimar, zəqqum,sən mənə belə xörək yediribsən ki, bir ay dayeməsəm, acmanam. M.F.Axundzadə. [Telli:]..Zəhrimar, Telli, dərd, Telli. Ü.Hacıbəyov.[Mirzə Turab:] Zəhrimar, bəli! Neçə dəfədirki, səni çağırıram, indi gəlib öküz kimi bəyirirsən.B.Talıblı; // mənfur; 3) adı deyilməkistənilməyən şeyə işarə (acıqla deyilir).[Mübaşir Məmməd:] …Musa kişi, bizi na-ümid eləmə, bir-iki şüşə o zəhrimardan tap!M.İbrahimov.◊ Zəhrimar olmaq, zəhrimara dönmək –bax zəhərə dönmək (“zəhər”də). Zəhrimaradöndü ağzımın dadı; Əlimdə şərbətimağı kəsildi. Aşıq Ələsgər. Mənzilə getməyəyox cürətləri; Zəhrimar olubdur kef-ləzzətləri.H.K.Sanılı. Zəhrimara qalsın, zəhrimaraqalmış – söyüş, qarğış ifadəsi. [Sevil:] Nəedim, Gülüş, zəhrimara qalsın o çörək ki bizyeyirik, yazıq Balaş gecə-gündüz ac-susuzişləyir. C.Cabbarlı. [Usta Zəfər:] Yenə zəhrimaraqalmış xəzri yeri-göyü süpürür.M.Süleymanov.

Bir Cevap Yazın