zəhmətsevən, zəhmətsevər : is. vəsif. Zəhməti, əməyi, işləməyi sevən (adam).Tüstülənər bacalar; Ocaq üstə sac olar; Zəhmətsevərgün görər; Tənbəl hər vaxt ac olar.(Bayatı). Xalqın əksəriyyəti əkinçidir, zəhmətsevəndir.M.S.Ordubadi. Müqəddəs biraləmi var; Zəhmətsevən hər insanın. H.Hüseynzadə.

Bir Cevap Yazın