zəhmət : is. [ər.]

  • Əmək. Zəhmətin barı.Öz zəhmətinin bəhəri. – Əgər ki yayda zəhmətiəkinçinin ziyad olur; Ziyad olursa, qışgünü o da o qədr şad olur. A.Səhhət. Həminyükqaldıranlardan bircəsi işləsəydi, bu yüzlərləadamın zəhməti qat-qat yüngülləşərdi.M.Rzaquluzadə
  • Əziyyət, rahatsızlıq, narahatlıq. Çox zəhmətləbaşa gələn iş. Sizə zəhmət oldu. – Yadost olma, ya zəhmətdən incimə; Dost yolundaboran, qar olacaqdı. Aşıq Ələsgər. _ Zəhmətçəkilmək – bir şeyi əldə etmək üçünəmək sərf edilmək. Bu sərgini yaratmaqüçün xeyli zəhmət çəkilmişdir. – Mən sizi qəsdənbu otağa əvvəlcə gətirdim, siz Bağdaddagördüyünüz gözəllərin, oxuyub-çalanlarınüzərində nə qədər zəhmət çəkildiyini təyin edəbiləsiniz. M.S.Ordubadi. Zəhmət çək(in) –xahişlə birinə müraciət (bəzən kinayə ilədeyilir). Zəhmət çəkin, gəlin. – Bacıoğlu, sənbir balaca zəhmət çək, burada qoyunun qabağındadayan, mən çobana xəbər verim.“Koroğlu”. [Xasməmməd:] Sən allah Xurşidxanım, bir zəhmət çək, bu şerə sən də qulaqas! C.Cabbarlı. Qapıçı, qapıçı, bura zəhmətçək; Özünlə bir az da su gətir, içək. S.Vurğun.Zəhmət çəkmək – 1) bir şeyi əldə etməküçün əmək sərf etmək, işləmək, çalışmaq,əlləşmək. Bilik əldə etmək üçün zəhmət çəkməklazımdır; 2) əziyyətə düşmək, narahatolmaq. Çareyi-dərdimə zəhmət çəkməyin, eydustlər; Dərdi-eşqə çarə olmaz, olsa Əflatuntəbib. S.Ə.Şirvani. Mən Məşədi Həsəndəntəvəqqe etdim ki, bir-iki gün zəhmət çəkibGəncəni mənə göstərsin. Ə.Haqverdiyev.Zəhmət çəkmə(yin) – lazım deyil, narahatolmayın (çox vaxt kinayə ilə deyilir). Zəhmətçəkmə, hamısını özümüz görüb qurtararıq.Zəhmət haqqı – zəhmət (iş) müqabilindəverilən haqq, muzd; əmək haqqı, maaş. Nəbibir ilin zəhmət haqqı əvəzində bəyin bir quzusunugötürüb evlərinə qayıdır. “Qaçaq Nəbi”.[Sarıköynəyə] yardım olmaq üçün otağımınsüpürülüb təmizlənməsini ona tapşırar, zəhməthaqqı verərdim. S.Hüseyn. Səlim bəy isəzəhmət haqqını ikinci dəfə azaltmağı qəraraaldı. H.Nəzərli. Zəhmət olmasa (olmazsa) –hörmətlə xahiş, rica bildirir. Zəhmət olmasa,o kitabı mənə verin. – [Böyük oğlu:] Əgərzəhmət olmasa, siz də [vəsiyyəti] latın dilində(latın hürufatı ilə) yazın… Qantəmir. Zəhmətvermək – narahat etmək, incitmək,əziyyət vermək. Ey Füzuli, öldün, əfğan etmədin,rəhmət sənə; Rəhm qıldın, xəlqə əfğanınlazəhmət vermədin. Füzuli. Hər sənəmki verə yarına zəhmət; Oxunur ölüncə zatınalənət. Q.Zakir. Çox razıyam, sizə zəhmətvermək istəmirəm. S.S.Axundov. Zəhmətədüşmək – zəhmət çəkməli olmaq, əziyyətçəkməli olmaq, işləməli olmaq. Zəhmətəqatlanmaq (qatlaşmaq) – əziyyətə dözmək,çətinliklərə qarşı dözümlü olmaq. Hiss edirdimki, Bəyim xala mənim çox işləməyimi,zəhmətə qatlaşmağımı bəyənsə də, yuxusuzluğadözməyib bir gün yatağa düşəcəyimdənqorxurdu. İ.Hüseynov.
  • Bir Cevap Yazın