zəhərli : sif.

  • Zəhəri olan; zəhərləndirici,ağılı. Zəhərli qaz. Zəhərli maddə. – [Naşadda]zəhərli bir əqrəb xasiyyəti vardır.S.Hüseyn. İçərimdə zəhərli ilan kimi bir acıqvə kin qıvrılırdı. M.İbrahimov. Ovçunu sankiyeddi il susuz qalmış zəhərli bir ilan çaldı.Ə.Məmmədxanlı. // Tərkibində zəhər maddəsiolan, zəhər qatılmış, zəhər vurulmuş.Zəhərli dərman. – Zəhərli güllələr havanıyardı; Əşrəfin evini qığılcım sardı. H.K.Sanılı
  • məc. Acı, toxunan, sancan, qanqaraldan,kinli, istehzalı. Zəhərli söz. Onun zəhərli dilivar. – Müəllimin sözlərində zəhərli iynələrolduğunu molla Xəlil hiss edirdi. S.Hüseyn.Zəhərli dilləri danışır duzlu; Deyillər keçmiştəkçox da quduzlu. H.K.Sanılı
  • məc. Acı, acılayıcı. Həftələr, aylar keçiraxşamlı-səhərli; Bəzən şirin, bəzən zəhərli.R.Rza.
  • Bir Cevap Yazın