zəhər : is. [fars.]

  • Canlı orqanizmi zəhərləndirəbilən maddə; ağı. İlan zəhəri. Öldürücüzəhər. Zəhər vermək (zəhərləmək)._ Zəhər yemək – özünü öldürmək üçünzəhər içmək. // məc. Çox acı şey haqqında.Bu dərman lap zəhərdir. _Zəhər kimi – çoxacı. // məc. Çox mənfi təsiri olan şey. Şovinizmzəhəri
  • məc. dan. Mikrob mənasında. HindistandaQanq çayı bizim Kür çayından çoxböyükdür, ..amma bu sudan vəba zəhəri heçəskik olmur. C.Məmmədquluzadə.◊ Zəhər dağarcığı (tuluğu, torbası) dan. –dili çox acı adam haqqında. [Əsgər:] ..Zəhərtorbası yuxudan ayılıb gəlmək istəyir. N.Vəzirov.Zəhər etmək (eləmək) – b a x zəhərqatmaq. Zəhər içirtmək məc. – həyatınızəhərləmək, gününü qara eləmək, həyatınıəziyyətə salmaq. Namərdləri oylaqlardanköçürtdüm; Yağı düşmənlərə zəhər içirtdim.“Koroğlu”. Zəhər qatılmaq – tamamiləkorlanmaq, zəhərlənmək. Ogünkü nəşəməzəhər qatılmış olduğundan çox dalğın idi(m)..A.Şaiq. Niyə zəhər qatılsın kişinin nəşəsinə..B.Vahabzadə. Zəhər qatmaq məc. – tamamiləkorlamaq, pozmaq, xarab etmək, zəhərləmək.Zəhər uddurmaq – b a x zəhəriçirtmək. Zəhər yeyəsən! dan. – qarğış,nifrin, söyüş ifadəsi. Zəhərə döndərmək– bax zəhər qatmaq. Bir stəkan çay verdi,onu da zəhərə döndərdi. Zəhərə dönmək –pozulmaq, xarab olmaq, pis, acı bir şeyləəvəz olunmaq. Yediyimiz zəhərə döndü. Üzgözündən(sifətindən) zəhər tökülmək(yağmaq) – çox qaşqabaqlı olmaq, acıqlı, qəzəbligörünmək.
  • Bir Cevap Yazın