zəfər : is. [ər.] tənt. Qalibiyyət, qələbə.Gəncə zəfəri İbrahim xanın nüfuzunu Azərbaycanxanlıqları arasında bir qat daha artırdı.Çəmənzəminli. Ey zəfər nəğməsi, səney şən nəğmə! Qanlı cəbhələrdə döyüşənnəğmə. N.Rəfibəyli. Gəzib bu dost elləri, dolansanqarış-qarış; Hər yanda görəcəksən,yüksəliş, zəfər, yarış. Ə.Cəmil. // Qalib gəlmə,üstün gəlmə. _Zəfər qazanmaq (çalmaq) –qalib olmaq, qələbə çalmaq. [Nüşabə:] Ölkələrdüşməni rumlu İskəndər; Hind ilə İrandaqazanmış zəfər. A.Şaiq. Döyüşlərdə zəfər çaldın,boy atdın; Yer üzündə milyonları oyatdın.R.Rza. Zəfər tapmaq – b a x zəfər qazanmaq.Zəfər yetirmək – məğlub etmək,üzərində qələbə çalmaq, yenmək. // Məqsədənail olma, müvəffəqiyyət, nailiyyət.◊ Zəfər toxundurmaq – başına xata gətirmək.[Xanımnaz:] Ay balam, qurbanın olum,qorxuram birdən uşaqcığazıma bir zəfər toxundurmasınlar.C.Cabbarlı. Zəfər toxunmaq(dəymək) – zərər, ziyan, xətər dəymək,başına xata gəlmək. Can Koroğlu, öz canımdanqorxmuram; Qorxum odur, zəfər dəyədostuma. “Koroğlu”. Əhməd tacir də qızı götürübaradan çıxdı ki, ona zəfər toxunmasın.(Nağıl).

Bir Cevap Yazın