zəbun : sif. [fars.] klas. Zəif, qüvvətsiz,cansız, aciz, düşkün. Dust bipərva, fələk birəhm,dövran bisükun; Dərd çox, həmdərdyox, düşmən qəvi, tale zəbun. Füzuli. Zirakönlüm həvəslərin pəncəsində zəbundur;Qurtarmaram, nə etməli? Bir çarəsiz cünundur.A.Səhhət. // Əsir, giriftar. _ Zəbunetmək (eyləmək) – 1) zəifləşdirmək, qüvvədənsalmaq, cansızlaşdırmaq, düşkünləşdirmək.Nagəhan başlayıb vəba; taun; Sardıətrafı, xəlqi etdi zəbun. H.Cavid; 2) əsir etmək,giriftar etmək. [Minnət xanım:] İnsaf eyləyin,bir baxın mənə! Mərcan eyləyir çox zəbunmənə! Ü.Hacıbəyov. Zəbun olmaq – 1) zəifləşmək,qüvvədən düşmək, cansızlaşmaq, düşkünləşmək;2) əsir olmaq, giriftar olmaq.

Bir Cevap Yazın