yüz : say

  • Doxsan doqquzdan sonra gələnrəqəm – 100. Yüz manat. Yüz nəfər. Yüzfaiz. Yüz addımlıqda. On dəfə on yüz elər.// Başqa saylarla birlikdə. Dörd yüz kilo. Təyyarəsaatda 600 kilometr yol gedir. _ Yüzil – bir əsr. Bir taleyin əllərində cütlənmişzərik; Yüz il qoşa atılsaq da qoşa düşmərik.M.Araz
  • Qeyri-müəyyən çox miqdar mənasında.Sənə yüz dəfə demişəm ki… Yüz ildir ki, onugörməmişəm. – Yüz dəfə ölç, bir dəfə biç. (Ata.sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüzmöhnət sana; Zərrəcə qəti-məhəbbət etmədin,rəhmət sana. Füzuli.◊ Yüz… dəyər – bir şeyin başqa bir şeyənisbətən çox-çox üstünlüyünü, yaxşılığınıbildirir. Nə qədər olsa qoca gərçi Vidadixəstə; Yenə Vaqif kimi, əlbəttə, yüz oğlana dəyər.M.V.Vidadi. Yüz faiz – b a x yüzdə yüz.[Sultan:] Mən yüz faiz əminəm, o saatcabaşlardın ki, əmi, belə çal-saqqal vaxtındao yaşda adamla evlənmək sənə yaraşmaz.İ.Hüseynov. Yüzdə doxsan doqquzu – deməkolar ki, hamısı. Dünyada firəng dilini vəelmini mükəmməl təhsil eliyən müsəlmanlarınyüzdə doxsan doqquzu heç bilməz ki, orucunecə tutarlar. C.Məmmədquluzadə. Yüzdəyüz – 100 faiz, tamamilə, hamısı, bütünbütünə.Planı yüzdə yüz yerinə yetirmək.yüz… – mürəkkəb sözlərin əvvəlində birşeyin yüz vahiddən ibarət olduğunu bildirir;məs.: yüzmanatlıq, yüzfaizlik, yüznəfərlik.
  • Bir Cevap Yazın