yuxu : is.

  • Dövraşırı yatmaq şəklində davamedən fizioloji hal (bu zaman beyin – şüurtamamilə, ya da qismən fəaliyyətdən qalır,bir sıra fizioloji proseslər zəifləyir və bədəndincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı.Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır.– Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə;Sübh gün şəmilə hər gün çeşmi-bidaraxtarır. Qövsi. Bunlar yuxudan ayılır, davabaşlanır. Ü.Hacıbəyov. _ Yuxun(uz) şirinolsun! – yatmağa gedənlərə rahat yuxu arzusu.Yuxusu gəlmək – yuxulamaq, yatmaqehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerinisal. (Ata. sözü). Yuxusu qaçmaq – hər hansıbir səbəb üzündən, yaxud səbəbsiz yuxusupozulmaq, daha yatmaq istəməmək. Şairingözündən yuxusu qaçmış; Hərbin əjdahası,qorxunc, dəhşətli; Cəhənnəm sayağı ağzınıaçmış. Şəhriyar. Yuxusuna haram qatmaq –1) b a x yuxu qaçırtmaq; 2) vaxtından tezayılmaq. Yuxusunu almaq – yatıb dincəlmək,doyunca yatmaq. Yuxusunu qaçırtmaq– yuxusunun pozulmasına səbəb olmaq.Yuxuya batmaq – bərk yuxulamaq, yatmaq.Yuxuya getmək – mürgüləyərək yatmaq,yuxulamaq. Paşa göy otun üstündə uzandı,gün kürəyinin arasını qızdıranda şirin yuxuyagetdi. “Aşıq Ələsgər”. Yuxuya qalmaq –yatıb qalmaq, vaxtında oyana bilməmək. Həmişədan yerinə səda düşəndə ayaq üstündəolub qapı-bacada hərlənən qız [Salatın], yatıbyuxuya qaldı. İ.Şıxlı. Yuxuya vermək –1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincəgözləmək. [Şahqulu:] Meyitini görüm,mən heç sarsaq deyiləm… Bircə de görüm,gecələr bizi yuxuya verib bəyimin otağındanə qayırırsan? N.Vəzirov; 2) məc. yuxulatmaq,iğfal etmək, aldatmaq. Gözlərindənyuxu tökülmək – bərk yatmaq istəmək. Gözünəyuxu getmək – yuxulamaq. Gözümənecə yuxu getdiyini xatırlamıram. M.Hüseyn.Gözünə yuxu getməmək – yuxulaya bilməmək,yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz]yorğana bürünən kimi xoruldadı. Şamxalınisə gözünə yuxu getmədi, arxası üstəuzanaraq əllərini başının altında daraqladı.İ.Şıxlı. Qəflət yuxusu – b a x qəflət. Qış yuxusu,yay yuxusu – qışda və ya yayda bəziheyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq)halı. Ölü kimi yatmaq – çox bərk vərahat yatmaq
  • B a x yuxugörmə. Dəhşətli yuxu. Yuxuyainanmaq. Yuxusunu yozmaq. – Yuxunun yanlışıolar, yalanı olmaz! (Ata. sözü). [Mərcanbəy:] Görəsən, bu yuxudur, yoxsa gerçəkdir?Ü.Hacıbəyov. _ Yuxu görmək – yuxudaikən cürbəcür şeylər (hadisələr, surətlər və s.)görmək. Bu gecə pis yuxu gördüm. – [Mərcanbəy:] Yox-yox, bu, yuxudur… Mən yuxugörürəm. Ü.Hacıbəyov. Yuxusu çin olmaq –yuxuda gördüyü şey həyata keçmək. Yuxusunada gəlməmək (girməmək) – heç xəyalındada olmamaq, heç düşünməmək, ağlınabelə gətirməmək. Yuxusuna girmək (gəlmək)– bir şeyi yuxuda görmək. Bakıdan beşgün ayrılanda yuxuma Xəzər girir. N.Rəfibəyli.// Qeyri-real, xəyali, gerçək olmayanşey haqqında. Bunların hamısı bir yuxu imiş._Yuxusunda da görməmək – heç ağla gəlməyən,mümkün hesab edilməyən şey haqqında.Utanmaq bilməzlər, həya etməzlər, insaf,vicdan, mürüvvət heç yuxularına da girməz.N.Vəzirov.◊ Yuxu kimi (gəlmək) – tamamilə unudulmuşbir şey, hadisə haqqında. Bu əhvalatadama yuxu kimi gəlir.
  • Bir Cevap Yazın