yuxarı :

  • sif. Üst, üstdə olan, yüksəkdəolan, yuxarıda olan. Yuxarı mərtəbə. Gəmininyuxarı göyərtəsi. – [Qərənfil xala] cəld yuxarıotağa çıxdı. Ə.Vəliyev. // Zərf mənasında.Yuxarı qaldırmaq. Yuxarı çıxmaq. – ..KərbəlayıHeydər çıxardı küçəyə, sağ əlinin şəhadətbarmağını yuxarı qovzuyub ancaq mənə bircəbunu deyərdi ki, “Qırışmal! Uşağı döymə!”C.Məmmədquluzadə. Zeynal könülsüz addımlarilə sakin olduğu evin pilləkənlərini yuxarıçıxırdı. S.Hüseyn. Biçənəklərdə ot dizdən yuxarıqalxmışdı. M.İbrahimov
  • Qoş. mənasında. Artıq, çox. İclasda yüzdənyuxarı adam iştirak edirdi. Bir saatdanyuxarı gözlədim. – Dən düşmüş saqqalı, sallaqbığları; Göstərir yaşını qırxdan yuxarı.H.K.Sanılı. _ Yuxarı tutmaq – üstün tutmaq.Zeynal öz mənliyini hər şeydən yuxarıtuturdu. S.Hüseyn
  • sif. Vəzifəcə, mənsəbcə, dərəcəcə yüksək,üstün. Yuxarı siniflər. Yuxarı təbəqələr.Yuxarı vəzifəyə qoymuşlar
  • is. Bir şeyin yuxarı, üst, yüksək hissəsi,yeri, təpəsi. Pilləkənin yuxarısı. Dağın yuxarısındaqar var
  • Yerlik halda: yuxarıda – irəlidə, qabaqda,əvvəldə. Yuxarıda deyildiyi kimi. Yuxarıdabu barədə yazılmışdır. – Yuxarıda zikretdiyimiz keyfiyyəti Mirzə özü nağıl edərdi.Ə.Haqverdiyev
  • Cəmiyyətin, təşkilatın yüksək, rəhbərdairələri; yüksək vəzifələr, mövqelər (bəzəncəm şəklində işlənir). Yuxarılardan göstərişalmaq. Yuxarıya müraciət etmək lazımdır.– [Məmişov:] Sən ki mənimlə kəc başladın,mən də səni yuxarılara keçirərəm. M.İbrahimov.[Gəldiyevin] fikri həmişə yuxarıda,böyüklərdə idi. Mir Cəlal.◊ Yuxarıdan baxmaq – bəyənməmək,xor baxmaq, həqarətlə baxmaq, saymamaq.Məktəbdə hər dərsdən zəif olan bir tənbəlinbelə yuxarıdan baxmağı Səltənətə güllə kimidəydi. Mir Cəlal.
  • Bir Cevap Yazın