yurdsuz : sif. Yurdu, evi, məskəni olmayan,evsiz-eşiksiz, ev-eşiyindən, yurdundanməhrum olmuş. Hələ də gəlib-gedənə əl açanyetim uşaqlar və yurdsuz arvadların əlindəntərpənmək mümkün deyildi. M.İbrahimov.// Vətənsiz. Vətən! Qoynunda bəslənmiş əməllər,arzular, şəksiz; Vətənsiz, yurdsuz insanlaryaşar aləmdə məsləksiz. S.Vurğun. Xatmuranisəltənəti çöküb yerə; Bir əbədi yırtıcılar,bir də dedi; Mütilərdir tarix boyu yurdsuzqalan. M.Araz. // Sahibsiz, baxımsız, kimsəsiz;avara. [Firidun] bazar və küçələri doldurmuşyurdsuz uşaqlara, səfil-sərgərdan birhalda hər gələnə əl açan qadın və qızlarabaxırdı.. M.İbrahimov.

Bir Cevap Yazın