yurd : is.

  • İnsanın doğulub böyüdüyü yer,məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğunhaqdır; Çalış, yurdun üçün özünü göstər.Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağammən; Yurdumda bir misilsiz bağbanolacağam mən. M.Müşfiq. Hər məktubun özdili var; Təravəti, istisi var; Çox məktubunsözlərində; Doğma yurdun tüstüsü var. R.Rza.Onlar yeni bir ilham və inam ilə xarabaqalmış yurdlarını abad etməyə başladılar.Ə.Məmmədxanlı
  • Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundanolmaq (ev-eşiyindən, yaşadığı yerindənməhrum olmaq, avara düşmək). _Yurdsalmaq – oturmaq, sakin olmaq. Deyirdilərki, qədimdə [bu kəndə] daş qoyub yurd salanadamın gözəl bir qızı varmış. İ.Hüseynov.// Yaşayış məntəqəsi; kənd, el, oba. Biz düşənyurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev
  • Körpə evi, uşaq bağçası mənasında. Səyyahlarfabriki gəzdilər. Burada körpə çocuqlarüçün yurdlar, dispanserlər, sənət məktəbləri.. gördülər. Çəmənzəminli
  • məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlaryurdu.◊ Yurdda qalan məc. – hamıdan geri qalan.[Badam xala:] Yurdda qalan elə səninləmən imişəm. Kursda arvad nə qədər… MirCəlal.
  • Bir Cevap Yazın