yüngül : sif.

  • Çəkisi az olan (ağır ziddi).Yüngül yük. Yüngül çamadan. Yüngül daş._Yüngül çəkmək – çəkidə aldatmaq, əskikvermək. // Sıx olmayan, nazik. Yüngül parça.// İsti olmayan, qalın olmayan; qızdırmayan.Yüngül paltar. // Taxtadan tikilmiş. Yüngülpavilyon. Yüngül bina. // Həzmi asan olan,mədəyə ağırlıq verməyən. Yüngül yeməklər.Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.)olmalıdır
  • Çətin olmayan, asan olan. Yüngül mətn.Yüngül məsələ. // Aydın, sadə, səlis. Yüngülüslub. Dili çox yüngüldür. – [M.Ə.Sabir] sadəvə aydın bir dillə oynaq və yüngül misralardaböyük bir cəsarətlə köhnəliyi .. qamçılayırdı.M.Arif. // Əyləndirici mahiyyətdə olan. Yüngülmusiqi. Yüngül komediya. Yüngül mahnı.// Asanlıqla əldə edilən, qazanılan. Yüngülqazanc. Yüngül qələbə. // Yerinə yetirilməsiçətin olmayan, çox zəhmət tələb etməyən;asan. Yüngül iş. Yüngül vəzifə
  • Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz.Yüngül yara. Yüngül xəstəlik. // Əziyyətsiz,ağrısız. Yüngül doğuş. Yüngül həyat. // Ağırolmayan; şiddətsiz. Yüngül cəza. – Fəxrəddinisə Qızıl Arslandan yüngül bir məzəmmətalandan sonra Hüsaməddini qaçıran qadınıaxtarmağa başladı. M.S.Ordubadi
  • Zəif, az (hiss edilən). Yüngül külək. Yüngülqoxu. Yüngül təbəssüm. Üzündə yüngülkədər izləri göründü. // Təsiri az olan, tünd olmayan;zəif, boş. Yüngül şərab. Yüngül tütün
  • məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət.Yüngül mühakimələr. // Adam, hərəkət,xasiyyət haqqında. Yüngül adam. Yüngülxasiyyət. Yüngül əxlaq. – Onu söyləməyə gəlmişəmsizə; Yüngül (z.) görünməyim gözlərinizə.S.Vurğun
  • məc. Sağlam, çevik, qıvraq. Nərimanözünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal.// Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngüldağ havası. – Yüngül payız havası müalicəyəgəlmiş adamlara daha artıq ləzzət verirdi.M.İbrahimov
  • Ağır silahlanmamış; mütəhərrik. Yüngültopçu dəstəsi. Yüngül batareya. Yüngülkreyser.◊ Yüngül atletika – atletikanın, qaçış, tullanma,nizə, disk və s. tullama növləri. Yüngülayaq – b a x ayağı yüngül (“ayaq1”da).[Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan,yüngül ayaqsan, gələsən, qaçıb bir xəbərgətirəsən. C.Məmmədquluzadə. Yüngüləl – əli yüngüllük, şəfa, uğur, qazanc gətirənadam haqqında. Yüngül kavaleriya tar. –sovet idarələrinin işini yoxlamaq üçün vaxtiləkomsomol tərəfindən təşkil edilən dəstələr,briqadalar və s. Yüngül sənaye – çoxişlənənmallar hazırlayan sənaye.
  • Bir Cevap Yazın