yumşaq : sif.

  • Basdıqda, toxunduqdamüqavimət etməyən və batıb qalmayan; qatı,sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq.– Bayram yumşaq kresloda oturub papağınıçıxartdı, yaylıqla alnının tərini sildi. M.Hüseyn.Sadıq kişi ayağındakı yumşaq məs, şalvarıdolaqla qıvraq bağlanmış halda oğlunundalınca gedirdi. Mir Cəlal. // Sümüksüz. Yumşaqət. _Yumşaq vaqon – oturmaq və yatmaqüçün yumşaq yerləri olan sərnişinvaqonu. Biletlər yumşaq vaqona alınmışdı.M.S.Ordubadi. Qarı daima beş nömrəli yumşaqvaqona minərdi. Ə.Əbülhəsən. // Zərif,sərt olmayan, toxunduqda xoş hiss oyadan.İpək kimi yumşaq. Yumşaq əl. Yumşaq parça.Yumşaq saç. // Hələ quruyub sərtləşməmiş.Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi.A.Şaiq. Kəhər hələ kifayət qədərqurumamış yumşaq otu böyründən söküb yeyirdi.M.İbrahimov
  • Bayat olmayan, təzə. Yumşaq çörək.Yumşaq qoğal
  • Sıxanda asanlıqla yığıla bilən, basılabilən, formasını dəyişə bilən, bərk olmayan.Yumşaq mum. Yumşaq palçıq. Yumşaq xəmir.// Asanlıqla işlənilə bilən, istənilən şəklə salınabilən. Yumşaq materiallar. Yumşaq ağac.Bakı daşı çox yumşaq daşdır
  • Gözü, qulağı oxşayan, ruhu oxşayan,xoşagələn; kəskin olmayan, məlahətli. Yumşaqsəs. Musiqinin yumşaq ahəngi. Yumşaqtonlar. – Onun çox yumşaq və mülayim səsivardı. Ə.Vəliyev. // Mülayim, xoş; nə isti, nəsoyuq. Yumşaq hava. Yumşaq iqlim. Yumşaqyel
  • Xasiyyətcə həlim, mülayim. Yumşaq xasiyyət.Təbiətcə yumşaq adamdır. – [Mustafabəy:] Nə qədər ki sən bu kəndə gəlməmişdin,camaat bundan yumşaq idi. Ə.Haqverdiyev.[Əsmərin] Təbiəti olduqca yumşaq idi. S.Hüseyn.Ancaq hər ikisinin yumşaq təbiəti onlarısabahı günü rast gəldikləri zaman dayanıbsöhbət etməyə məcbur etmişdi. S.Rəhman._Yumşaq danışmaq – mülayim danışmaq,mülayim rəftar etmək, sərtlik göstərməmək.[İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a!Səninlə yumşaq danışdıqca azırsan. Ə.Haqverdiyev
  • məc. Yüngül, zəif, sərt olmayan. Yumşaqhökm. Yumşaq rəftar. Yumşaq cəza. // məc.Kəskin olmayan; nəzakətli, xoş. Yumşaq ifadə.Yumşaq ton. Yumşaq söz.◊ Yumşaq su – tərkibində kirəc duzları azolan və sabunu asanlıqla əridən su.yumşaq-yumşaq zərf Xoş dillə, yumşaqlıqla,mülayimcə, üsulluca. Arvad qızını yanınaçağırıb ondan yumşaq-yumşaq xəbəralmağa başladı: – Ay gözümün nuru, balam,nə olub sənə rəngin belə solmuşdur? (Nağıl).
  • Bir Cevap Yazın